Xalq artisti Nisə Qasımova ilə Brilliant Dadaşova arasındakı buzlar əriməyə başlayıb.
gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, B.Dadaşova "ATV Maqazin" verilişinə açıqlamasında qarşı tərəflə küsülü olmadığını bildirmişdi:
"Aramızda nə buz, nə duz var. Niyə küsək ki? Görmüsünüz, Nisə xanımın ünvanına xoşagəlməz söz işlədim?"
N.Qasımova isə ATV-də yayımlanan "Mənim dünyam" verilişinə B.Dadaşovanı qonaq kimi dəvət etməsi ilə bağlı sualları cavablandırıb:
"Niyə də olmasın? Bizim aramızdakı küskünlük deyil. Mənim incikliyim olub. Sağlıq olsun. Demirəm, heç vaxt barışmayacam. Həyat bizi elə bir anda qovuşdurar ki, barışarıq. Bu namərdlik yox, mərdlikdir".
Qeyd edək ki, B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?