Əməkdar artist Murad Dadaşov ötən gün "Maşın" reailiti-şosuna çıxmayıb.
gundemxeber.az axşam.az-a istinadən bildirir ki, proqramın aparıcısı olan şoumenin əməliyyat edildiyi deyilib. Aparıcı hacı Nuran Hüseynov şoumenin bu səbəbdən efirə çıxa bilmədiyini söyləyib.
Bir çoxları M.Dadaşovun yalan danışdığını, bunun şou olduğunu iddia edib.
Şoumen əməkdaşımızla söhbətində məsələyə aydınlıq gətirib. O bildirib ki, həqiqətən də, əməliyyat olunub:
"İyunun 11-də efirə gedən verilişə diqqətlə baxsanız, görərsiniz ki, mən yerimdən tərpənmirəm. Neçə gündür ayağımda ağrılar var. Ayaqqabılarımı tez-tez dəyişirəm. Elə düşündüm ki, onlar ayağımı incidir. Ən rahatlarını geyindim, amma yenə də ağrı keçmədi. Dünən səhər yuxudan oyandım ki, ayağım çox şişib. Həkimə getdim. Baxdı ki, infeksiya düşüb, proses pisləşib, dərhal əməliyyat olunmalıyam. Xəstəxanaya getdiyimi eşidən hacı Nuran da yanımda oldu. Bu insan bir dəqiqə məni tək buraxmadı".
M.Dadaşov bu gün efirə qayıdacağını söyləyib:
"Ötən gündən mənə o qədər zənglər gəlir ki... Bu gün efirə çıxacam. Sırada olmalıyam. Olmayanda heç nə alınmır. Fürsətdən istifadə edib gələn bütün aparıcılara təşəkkür edirəm".
Qeyd edək ki, şouda avtomobil uğrunda rəqqasə Oksana Rəsulova, aktyorlar islam Mehrəliyev və Elcan Rəsulov mübarizə aparır.
M.Dadaşovu ötən gün teleaparıcılar Mətanət Əliverdiyeva, Nuran Hüseynov, Azər Zahid və Murad Əzimzadə əvəzləyib.
Sorğu
Yeni dizaynımız necədir?