gundemxeber.az axşam.az-a istinadən xəbər verir ki, ifaçının həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətqızı onu sosial şəbəkədə təbrik edib.
O, sevgi etirafı edərək bunları yazıb:
"Bilmirəm haradan başlayım, harada bitirim. Mərhəmətli, sevgidolu, kindən uzaq olan insan, nə yaxşı dünyaya gəldin. Dostluqda, münasibətlərdə sədaqətli insan, həyat səni çox çətinliklərlə üz-üzə qoyub: anasız, atasız yaşamaq, təkbaşına həyatla mübarizə aparmaq, qısqanc, paxıl, dırnaqarası dostların pislikləri... Amma bütün bunlara qalib gəlmisən, ayaqda qalmaq, istədiyin mərhələyə çatmaq mübarizəsindən əl çəkməmisən. Sənin kimi güclü iradəyə sahib, mərhəmətli bir insanla birlikdə olduğum üçün Rəbbimə minnətdaram. Nə yaxşı doğuldun və bizimləsən. Arda və Arının güclü atası".
Qeyd edək ki, Doğuş və Xoşqədəm 2014-cü ildə ailə qurublar. Onların 2016-cı ildə əkizləri dünyaya gəlib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?