Telejurnalist Xoşqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla Türkiyənin "Rəngli səhifələr" verilişində qonaq olub.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, cütlük bir sıra maraqlı məqamlardan danışıb. X.Hidayətqızı hamiləliyinin 7-ci ayında olduğunu bildirib:
"Düz 17 kq kökəlmişəm. Əkizimiz olacaq. Uşaqlardan birinin adı Ardadır. Digərinin adını isə mən qoyacağam. Uşaqlardan biri Doğuşun, digəri isə mənimdir".
Telejurnalist işləri ilə əlaqədar, həyat yoldaşı ilə mütəmadi olaraq görüşə bilmədiklərindən də söhbət açıb: "Türkiyədə olanda darıxıram. Amma aramızda qısqanclıq yoxdur. Bir qadın və kişi özünə güvənirsə, qısqanmaz. Yoldaşımı tez-tez bezdirsəm, o, işində uğur qazana bilməz".
Həmyerlimiz onu qıcıqlandıran amillərdən də danışıb: "Mən televiziya işçisiyəm. Əfqanıstan və İraqdan olan reportajlarımla gündəm yaratmışam. Şou aləminə birdən-birə daxil oldum. Hava limanında insanların mənimlə şəkil çəkdirmək istədiklərini gördüm. Sonra hər gün haqqımda xəbərlər dərc olunurdu. Buna bu gün də qıcıqlanıram".
Doğuş isə evdə xanımının sözünün keçdiyini bildirib: "Çoxu evdə kişinin sözü keçdiyini deyir. Amma belə deyil. Son sözü xanım deyir. Xoşqədəm xanım hər zaman sonu gözləyir və öz sözünü sonda deyir".
Efirə zəng edən türkiyəli müğənni Bülənt Ərsoy Doğuşdan və X.Hidayətqızından inciyidiyini dilə gətirib. O, "Gəlin xanım, sizdən küsmüşəm. Həyat yoldaşınız məni toya çağırmadı" deyə, əlavə edib. X.Hidayətqızı onun könlünü almağa çalışıb: "Eybi yox, uşaqlarımız dünyaya gələndə, sizi dəvət edəcəyik".
X.Hidayətqızı televiziya sahəsindəki uğurlarına görə, türkiyəli aparıcıya minnətdar olduğunu deyib: "Televiziya sahəsindəki bütün uğurlarımı Mehmet Ali Biranda borcluyam. Hər dəfə efirdən sonra ona yığıb, fikrini soruşurdum. Bunu ilk dəfə deyirəm".
Sorğu
Yeni dizaynımız necədir?