İstirahət mövsümü başlasa da hələ ki, istirahət etməyən şou-biznes nümayəndələri var.
“Şou-biznes əhli harada istirahət edəcək?” sualına cavab tapmağa çalışdıq. Həmin sorğunu təqdim edirik:
Əməkdar artist Xumar Qədimova: “Hələ ki, istirahət etmirəm. Çünki işlərim var. Amma yayın axırıncı ayında səfərlərim olacaq. Hansı şəhərə? Onu indidən açıqlamayacam”.
Əməkdar artist Dilarə Əliyeva: “İstirahət mövsümünü artıq açıq elan etmişik. Göy-göldə, Nabranda istirahət etdik. İndi isə Türkiyəyə hazırlaşırıq”. Müğənni Bahar Lətifqızı: “İstirahətə ailəmlə birgə yollanacam. Çox güman ki Azərbaycanımızın gözəl guşələrinin birində yayın dadını çıxaracağıq”. Müğənni Roza Zərgərli: “Bir-iki işimi yoluna qoyum, daha sonra Türkiyədə dincələcəm”.
Əməkdar artist Elza Seyidcahan: “Ən gözəl istirahət yaradıcılığımdır. Yaradıcılığımın mehli qollarında dincələcəm. Mehli, yəni gözəl, sərin küləklər. Gözəl layihələrim var. Onları da bu yay hazırlayıram”.
Müğənni Kərim Abbasov: “Bu il Azərbaycandan kənarda dincəlmək fikrim yoxdu. Ailəmlə birgə bağımızda istirahət edəcəyik”.
Stilist Anar Ağakişiyev: “Ümumiyyətlə keçən il yaydan bəri istirahət eləməmişəm. Xarici ölkələrə səfərim yalnız işlə bağlı olub. Mən adətən orucluqda istirahət edirəm. Amma bu il yeni salon açdığıma görə, Bakıda qalmağım lazım idi. Vaxt olsa, bu il Yunanıstana gedəcəm, həmin vaxt da bütün telefonlarımı söndürəcəm”.
Rəqqasə Oksana Rəsulova: “Bu il yəqin ki, dincələ bilməyəcəm. Çünki yeni serial çəkilişlərinə başlamışıq. Yay boyu onun çəkilişlərində olacam”.
Müğənni Rəşad İlyasov: “Artıq yay mövsümü başlayandan istirahətin dadını çıxara bilmişəm. Yessentukiyə getdim, yorğunluğumu orada çıxardım. Avqustun əvvəllərində isə Azərbaycanımızın şimal bölgəsində istirahət edəcəm”.
Müğənni Afaq Aslan: “Bu il Gürcüstan, Türkiyə, Fransa və Londona gedəcəm. Bir sözlə dayanmaq olmayacaq”.
Müğənni Elvin Abdullayev: “İyulun sonunda ailəmlə birgə Bodruma gedəcəm, orada dincələcəm. Daha sonra Azərbaycana qayıdıb, Qaxda istirahət edəcəyik”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?