Xalq artistləri Arif Babayev və Mənsum İbrahimovun həmkarları Qəndab Quliyevanın dəfn mərasimində iştirak etməməsiylə bağlı iddialara mərhum sənətkarın qızı Mərziyyə Həmidova cavab verib. Sayta danışan Həmidova bildirib ki, həm Arif Babayevi, həm də Mənsum İbrahimovu məclisdə görüb:
"Hər ikisini gözümlə görmüşəm. Amma Canəli müəllimi gördüyümü yalan deyərəm. Çünki elə haldaydım ki, kimin gəlib-gəlmədiyini dəqiq bilmirəm. Arif müəllimlə Mənsum müəllimi də uzaqdan gördüm. Çünki mən qadın məclisi olan tərəfdəydim. Qəndab xanım xalqın sənətkarıydı. Gələn də sağ olsun, gəlməyən də. Amma kim lazım idisə, hamısı ordaydı".
Qeyd edək ki, Canəli Əkbərov cebhe.info-ya müsahibəsində bildirib ki, Arif Babayev və Mənsum İbrahimov Qəndab Quliyevanın dəfn mərasimində iştirak etməyiblər:
"Onlar böyük sənətkarlardır, belə kiçik yerlərə gəlməzlər. Mən Allah adamıyam, hacıyam. O mənim evimin adamı olub".
Xatırladaq ki, xalq artisti Qəndab Quliyeva iyunun 26-da vəfat edib./ölkə.az/
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?