Xalq artisti Qəndab Quliyevanın vəziyyəti olduqca ağırdır.
Bunuxalq artistinin həkimi Şahin Xəlilov deyib. Həkim bildirib ki, onun ölümü ilə bağlı yayılan xəbərlər əsassızdır.
Onun sözlərinə görə, xalq artisti süni tənəffüs aparatına qoşulub: "O, ürək çatışmazlığından əziyyət çəkir. Bununla yanaşı sənətkarda böyrək çatışmazlığı və digər digər problemlər də var"./apa/
-----------
10:08
Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva bir neçə saat öncə vəfat edib.
Xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.
Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.
Sorğu
Yeni dizaynımız necədir?