Uzun müddətdir İstanbulda yaradıcılıq işləri ilə məşğul olan müğənni Rəqsanə belində keçirdiyi əmliyyatdan sonra yenidən iş başına qayıdıb.
Sinql çalışmalarını davam etdirən müğənni fotosessiya etdirib.
Türkiyənin tanınmış fotoqrafı, Sibel Can və bir sıra sənətçilərlə çalışan Günəş Kazdal kamerası qarşısına keçən Rəqsanəyə qızı Aysun da yaxından köməklik göstərib. Aysun çəkilişlərdə özünün də hazırladığı geyimlərdən istifadə edib. Rəqsanənin obrazı üzərində tanınmış bədən incəsənəti və makiyaj mütəxəssisi Murad Kəsər çalışıb. İddialı geyimləri ilə diqqət çəkəcəyini bildirən müğənni inşaat materiallarından hazırlanan libas geyinib. Bu barədə yaxınlarda açıqlama verəcək Rəqsanə bildirib ki, geyimində mismarlardan istifadə olunub.
Beş mahnıdan ibarət sinqla daxil olan musiqilərin hamısı Rəqsanəyə aiddir. Sinqla müğənninin vaxtiylə məşhur mahnısının remiks versiyası da daxil ediləcək.
İyun ayının ilk həftəsi sinqlın çıxış mahnısına klip çəkdirəcək Rəqsanə tanınmış rejissor Eyup Dirliklə əməkdaşlıq edəcək. Yetmiş nəfərdən ibarət komandayla çalışılacaq klipin hansı mahnıya çəkiləcəyini açıqlamayan müğənni klipi üçün xüsusi dekorun hazırlandığını bidirib.
Bununla yanaşı Rəqsanə qızının 80 geyimdən ibarət moda nümayişinin də hazırlıqlarına başlayıb.
Dizaynerliklə məşğul olan Aysunun dəfiləsi Bakıda keçiriləcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?