“Gözəl sənətkar idin. Səni illər öncə mənəvi öldürdülər”.
Bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu bir neçə gün əvvəl vəfat edən əməkdar artist Telman Əliyev haqda deyib.
O bildirib ki, dostu olan aktyoru itirmək ona pis təsir edib:
“Sənin qiymətini bilmədilər. Nadanlar, mədəniyyəti olmayan, amma incəsənət adamlarına zülm edən kəslər, siz öləndə cəhənnəm belə sizə dar gələcək. Dəyərli sənətkarım, sən rahat uyu. Geridə özün qədər bir məktəb, kişiliyin və qeyrətin boyüklükdə ailəni başsız qoysan da, igid uşaqlar yetişdirmisən. Səni illər öncə bu xalq sevdi. Oynadığın hər obraz bir məktəb idi. Ruhun şad olsun. Kimsə inciməsin, mən tanıdığım Telman Əliyev ölməzdi, inanın mənə onu ruhən öldürdülər. Sonrası da bəllidir”./axşam.az/
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?