Azərbaycanlı rəqqasə həyatını məhv edən imkanlı şəxslərin adlarını açıqlayacaq (FOTO) Sevda Sanalıyeva: "Sağlamlığımı əlimdən aldılar..."
Rəqqasə-müğənni Sevda Sanalıyeva səhnədən və efirlərdən uzaq düşməsində bəzi imkanlı şəxsləri günahlandırıb. Uzun zamandır səsi-sorağı çıxmayan Sevda sosial şəbəkə vasitəsilə mətbuat işçilərinə müraciət edib. Müraciətdə onu xəstəliyə salıb səhnədən uzaqlaşdıraq həyatını məhv edən imkanlı şəxslərdən danışılır:
"Hörmətli pressa əməkdaşları və məni sevən əziz Azərbaycan xalqı! Bildiyiniz kimi 4 ildən artıqdır sənətimə ara vermişəm və bunun səbəbini sizə açıqlamamaq üçün illərdir susmuşam. Amma artıq vaxtdır gəlib çatdı. Səhhətimlə bağlı problemlər yaşayırdım və bu hələ də davam edir. Əlbətdə bu ölümcül deyil, nə vaxtsa sağalacağıma ümid edirəm. Amma xəstəliyimin səbəbi və səbəbkarı var. Bunları sizinlə bölüşməyimin vaxtı çatıb.
Mən Azərbaycan dövlətində yaşayıram və bir Azərbaycan qızı kimi dövlətimin məni qoruyacağından şübhəm yoxdur. Müraciətim tək burada yox, həm efirlərlə, həm də dövlət başçımıza və onun xanımına məktubla olacaq. Bizim yaşadığımız dövlətdə ədalətsizlik yoxdur, sadəcə bəzi imkanlı şəxslərin imkanlarından istifadə edərək nələr etdiklərindən xəbərdar etmək və özümü qorumaq mənim haqqımdır! Bu haqqımı sonuna qədər qoruyacağam! Sağlamlığımı əlimdən aldılar və hələ də mənə qarşı planlar qurulduğunu gördüyüm üçün hər şeyi üzə çıxarmağı düşünürəm. İki gün ərzində susqunluğumu davam edəcəm. Amma sonra ya susacam, ya da sizlərin və dövlətimin köməyi ilə artıq əlimdəki bütün faktlarla sonuna qədər danışacam və heç bir şey məni susdurmayacaq! Diqqətinizə və dəstəyinizə görə indidən təşəkkür edirəm.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?