Tanınmış müğənni Şəbnəm Tovuzlunun Mingəçevirdə planlaşdırılan konserti təxirə salınıb.
Gündəm Xəbər Azxeber.com-a istinadən xəbər verir ki, buna səbəb konsertə biletlərin satılmaması olub. Bu haqda məlumat verən mənbənin dediyinə görə, vəziyyətin ürəkaçan olmadığını görən müğənni durumdan çıxış yolu axtarıb. O, ilk olaraq rayon rəhbərliyinə səhhətinin yaxşı olmadığını deyib. Bu haqda məlumatı Mingəçevir Dövlət Dram Teatrının məsul əməkdaşı Vüsal Məmmədov verib. O qeyd edib ki, konsertə bilet alan tamaşaçılar pullarını geri ala bilərlər.
Maraqlıdır ki, Şəbnəm Tovuzlu haqda məhz bu hadisədən sonra məlumat yayılıb və onun qəza keçirdiyi yazılıb. Xəbərdə konsertin məhz bu səbəbdən təxirə salındığı da qeyd olunub. Əslində isə Tovuzlu konserti buna görə yox, maraq olmadığına görə təxirə salıb.
Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, müğənni Mingəçevir konserti ilə bağlı paylaşımların hamısını 2 gün öncə səhifəsindən silib.
Avtosfer.az bu gün hadisəni araşdırmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinə müraciət edib. İdarədən bildiriblər ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur.
Ümumiyyətlə, son 3 gündə Azərbaycanda "Mercedes Viano" və "VAZ-2107" markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb:
"Hadisənin dəqiq yeri bilinmir. Maşınların nömrəsi yazılmır, yaralıların hansı xəstəxanaya aparılması barədə məlumat yoxdur. Yol qəzası ilə spekulyasiya edib ucuz şou yaratmaq olmaz".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?