Son günlər adı saytların manşetindən düşməyən Şəbnəm Əsədova (Tovuzlu) yenidən media qarşısına çıxaraq hamiləliyindən, dünyaya gələcək övladının atasından danışıb.
gundemxeber.az xəbər verir ki, müğənni bir neçə dəfə ərinin Hacı Rafiq adlı iş adamı olduğunu dilə gətirsə də, həmin şəxs barədə ətraflı açıqlama verməyib.
Criminal.az-ın əldə etdiyi məlumata görə, Ş.Tovuzlunun münasibətdə olduğu şəxs heç də iş adamı deyil, yüksək vəzifəli dövlət məmurudur. Həmin şəxs Penitensiar Xidmətin 10 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Eyvaz Əsgərovdur. Məlumata görə, onlar arasında münasibətin tarixçəsi xeyli uzaqlara gedib çıxır.
Məlumat üçün bildirək ki, E.Əsgərov nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.
Məsələ ilə bağlı Ş.Tovuzlu ilə əlaqə saxlayıb münasibət öyrənmək istəsək də, onun produsseri müğənninin heç bir mediaya cavab vermək istəmədiyini bildirdi.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?