Müğənni Şəbnəm Tovuzlunun qəza keçirdiyi haqda xəbərlər yayılıb. Daha sonra sözügedən xəbərlərin uydurma olduğu, müğənninin Mingəçevirdə baş tutacaq konsertinin biletləri satılmadığı üçün bu cür məlumat yaydığı iddia olundu.
Baş Dövlət Yol Polisi İdarəsindən avtosfer.az saytına verilən açıqlamada isə qeyd olunub ki, bu hadisə barədə heç bir dəqiq məlumat yoxdur: “Ümumiyyətlə, son 3 gündə Azərbaycanda “Mercedes Viano” və “VAZ-2107” markalı avtomobillərin toqquşması barədə qəza qeydə alınmayıb”. İddialara müğənni sosiaı şəbəkədə aydınlıq gətirib: “Əziz sevənlərim, sizi intizarda saxlamaq istəmədim. Bəli, biz qəza keçirdik, qəzanın böyüyü-kiçiyi olmaz. Əzildim, şok yaşadım. Toqquşduğumuz adamla razılığa gəldik. Mən həkimə çatmalı idim. Polislər qəza barədə bilmədi. Biletlərimə gəldikdə isə biletlər satılmışdı. Mən konsertdən 2 gün əvvəl imtina etmişdim. Çünki təşkilatçılıq yaxşı deyildi, mənə yalan deyildi. Özüm konserti təxirə salmışdım. Hər sözə inanmayın. Mən yaxşıyam”./musavat.com
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?