Aparıcı Ülvira Qarayeva onu təhqir edənlərə cavab verib.
Aparıcı bildirib ki, yazılan xoşagəlməz şərhlərə əhəmiyyət verməməyə çalışır.
“Kimi tənqid etmirlər ki: Adrina Lima, Rihanna da belə şərhlərlə qarşılaşır. Mənə görə gözəl olan başqasına çirkin görünür. Bunlar normaldır. Sadəcə, tərbiyəsizlik normal deyil. Tənqid yazanda normal qəbul edirəm. Amma təhqirə keçəndə silirəm. Atasından, anasından bezməyən elə yazmaz. Tərbiyəsizlər... Onu yazanlar özləri təhqir olunmuşlardır. Elələrinə nə demək olar? Yarımçıq, yazıq insanlardılar".
Ü.Qarayeva onu təhqir edən bir insanı tapdığını və onunla danışdığını söyləyib:
"Bir dəfə tapmağa çalışdım. Yazmışdı "nə gündəsən". Girdim profilinə ki, nömrəsi var. Bağlı nömrədən yığdım dedim, mən, Ülvira Qarayeva. Niyə filan sözləri yazmısınız, təhqir edirsiniz. Başladı ki, bağışlayın, bilməmişəm. Min dəfə üzr istədi, dedi olmayacaq bir də. Evdə oturanda elə bilirlər qəhrəmandılar. Həmin sözləri yazan kimə zəng vursan üzr istəyəcək"./Axşam.az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?