İlhamə Quliyevanın sözçüsü xalq artistlərinə səsləndi
"Hamı İlhamə xanım Quliyeva ola bilməz ki, nufuzunu, tamasacı sevgisini qoruyub saxlaya bilsin”. Səhnəmizin primadonnasıının sözçüsü belə düşünür.
Xalq artisti İlhamə Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərov sosial şəbəkə vasitəsilə xalq artistlərinə mesaj göndərib: “Bir vaxtlar at oynadan bəzi ikiuzlu, sözbaz, xain, xudbin, paxıl xalq artistləri indi dövranlarının bitməsi ilə barısa bilmirlər. Zaman kecdi, karvan getdi! Həmin "parlayan ulduzlar" statuslarını qoruyub saxlaya bilmədilər. "Hamı İlhamə xanım Quliyeva ola bilməz ki, nufuzunu, tamasacı sevgisini qoruyub saxlaya bilsin”. Ey mohtərəm xalq artistləri (bəziləri nəzərdə tutulur) artıq səhnədən getməyin tam vaxtıdır. Gedin, özünüzü təsdiqləyə bilmədiniz. Artıq basqa peşəyə sahiblənin. İndi Röya, Abbas Bagırov, Nadir Qafarzadə, Elçin Cəfərov, Sevda Yəhyayeva və sair mugənnilərin dövrudur. Artıq səhnə sizi qəbul etmir. Səhnənin dili olsaydi deyərdi: “Hər ayagınızı mənə basanda təkcə özumü yox, ruhumu da kirlədirsiz... Əlvida”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?