Amerikaya köçüb orada yaşayan eks-parıcı Aynur Talıbova qəzaya düşüb.
Bu barədə Talıbovanın özü məlumat verib. O, avtomobilinin fotosunu paylaşıb və məsələ ilə bağlı bu sözləri deyib: “Mərdimazarı axtarmaqla deyil, özü gəlib bir şəkildə tapır səni. Saatda 30 kilometr sürətlə hərəkət edərkən arxadan 120 kilometr sürətlə “uçan” nəşəli bir qarabala bu paylaşımı görən, eşidən nə qədər sayda “qələm sahibi”ni xoşbəxt elədiyinin fərqində deyil...Buyurun, sevinin, “Əcəb oldu”, deyin”. Qeyd edək ki, A. Talıbova ilə Ləman Ələşrəfqızı bir neçə gün bundan əvvəl sosial şəbəkədə bir-birinin ünvanına təhqiramiz ifadələr işlədib.
Sorğu
Yeni dizaynımız necədir?