Aparıcının fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Aynur Talıbova kimdir? Mən elə adda aparıcı tanımıram. Ona görə bu barədə heç nə deyə bilmərəm. Teleqraf.com-a istinadən xəbərə görə, bu sözləri “Bakılı oğlanlar” Şən və Hazırcavablar komandasının məşhur üzvü Bəhram Bağırzadə teleaparıcı Aynur Talıbovanın “Bakılı oğlanlar” haqda yazdığı tənqidi fikirlərə cavab olaraq deyib.
Qeyd edək ki, Talıbova fikirlərini sosial şəbəkədəki səhifəsində paylaşıb:
“Bazar sabahı “Comedy club”. Əsrin çempionları – “Bakılı oğlanlar”ın hamısı bir yerdə bir ədəd Qarik Martirosyan eləmir. Qarpız-keşniş satan azərbaycanlıları Rusiya bazarlarında asıb-kəsərkən rus kanallarında ermənilər əməlli-başlı simalardır. Bizim kanallarda hara çevirsən silikonlu botokslu manısları və aşağı sinif küçə arvadları səviyyəsində gicbəsər şouları izləməkdən millətin gözünə mazol çıxıb”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?