GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Müğənninin konsertindəki qətlin təfərrüatları: “Qışqırırdı ki, “çəkmişəm”

Müğənninin konsertindəki qətlin təfərrüatları: “Qışqırırdı ki, “çəkmişəm”

Tarix: 15-08-2017, 23:17 Bölmə :Maqazin Baxış: 480
Müğənninin konsertindəki qətlin təfərrüatları: “Qışqırırdı ki, “çəkmişəm”


Musiqi klubundakı mübahisə dava ilə bitib. Mübahisə edənlərdən biri aldığı bir yumruq zərbəsi ilə canından olub. Qətlin təfərrüatları məhkəmə prosesində məlum olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Fərhad Musayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlk şahid kluba müştəri kimi gələn Cavidan Yusifova olub. Hadisə günü qətlin baş verdiyi kafedə qonaq olduğunu deyən C.Yusifov bildirib ki, dünyasını dəyişən Telman Məmmədov içkili olub.

Şahid mərhumun və yanında olan dostu Rahilin söyüş söydüklərini də deyib: “Özlərini apara bilmirdilər. Onlar həmişə kafeyə birlikdə gəlirdilər. Çox vaxt bizə maneçilik yaradırdılar. Fərhad Telmana yaxınlaşıb sakit olmasını istəyəndə mübahisə düşdü. Sonra Telmanla Fərhad birlikdə kafedən çölə çıxdılar. Çöldə olanları bilmədim, amma sonra Telman içəri girdi. Onun halı pis idi. Bir müddət sonra Telman çıxıb getdi. Səhər kluba qayıdanda Telmanın öldüyünü eşitdim”.

Növbəti şahid Diana Zeynalova olub. O, hadisənin baş verdiyi klubda barmen işlədiyini bildirib. Onun sözlərinə görə, mərhum Telman və Rahil kafeyə gələndə müştəriləri narahat edən hərəkətlər ediblər: “Səs-küy salmağa başladılar. Telman qışqırırdı ki, “çəkmişəm”. Özünün dediyindən və hərəkətlərindən məlum olurdu ki, onların hər ikisi içkilidir və çəkiblər. Fərhad onlara yaxınlaşıb sakitləşdirmək istədi. Birlikdə kafedən çölə çıxdılar. Bir qədər sonra Telman içəri qayıtdı. Onun içəri gəldiyini gördüm, amma səhərisi günü Telmanın öldüyü eşitdi”.

Hadisənin baş verdiyi klubda ofisiant işləyən Kamil Rəşidov da şahid qismində ifadə verib. O, da digər şahidlər kimi mərhum Telman və Rahilin klubda olarkən içkili olduqlarını söyləyib. Əlavə edib ki, bir müddət sonra Fərhadla Telman çölə çıxıblar: “Mən dəhlizin qabağına çıxdım. Telman yerə uzanmışdı. Fərhad onu yerdən qaldırdı. Telmanın halı pis idi. Onu divana uzatdıq ki, özünə gəlsin. Fərhad da tez-tez ona yaxınlaşıb halını soruşurdu”.

Həbs edilən Fərhad Musayevin dostu Ceyhun Abdullayev şahid kimi dindirilərkən deyib ki, hadisə günü o da klubda olub: “Ora dostlarımı görməyə gəlmişdim. Bir az sonra kafeyə iki nəfər gəldi. Biri stolu qaldırıb, səs-küy salırdı. Həmin zaman Fərhad onlara yaxınlaşıb, sakitləşdirmək istədi. Sonra onları çölə çıxardı. Hər iki şəxs də zaldan çölə çıxıb, tualetə tərəfə getdi. Orada həmin şəxslərdən biri Fərhada əl-qol atdı. Telmanla Fərhad bir-birini çəkişdirəndə o, yerə yıxıldı. Fərhad Telmanı yerdən qaldırdı. Onun üzünə su vurub ayıltdılar. Fərhadın onu vurduğunu görməmişəm. Telmanın da üzərində heç bir zorakılıq əlaməti yox idi".

Məhkəmədə sualları cavablandıran şahid bu dəfə fərqli fikir bildirib. O, sonradan təsdiqləyib ki, təqsirləndirilən F.Musayev mərhum Telman Məmmədovun sifətinə yumruq vurub.

Hadisənin əsas şahidi olan Rahil Məlikov da ifadə verib. O, mərhumun yanında olan dostudur. R.Məlikov bildirib ki, hadisə günü kluba mərhum Telmanla bir yerdə gedib.

Telmanla qardaş münasibətlərinin olduğunu deyən şahid bildirib ki, klubda pivə içdikdən sonra Telman stolu yuxarı qaldırıb. Bu zaman Fərhad onlara yaxınlaşaraq sakit olmağı tələb edib: “Bizi çölə çıxardı. Fərhad bizi tualet tərəfə apardı, orada söhbət etdik. Telman orada özünü apara bilirdi. Tualetin yanında üçümüz idik. Söhbət zamanı Fərhad söyüş söyürdü. Qəflətən Fərhad Telmanın üzündən yumruqla vurdu. Telman yerə yıxılanda başı yerə dəydi. Telmanın burnundan qan gəldi. Qanı təmizlədik. O, özünə gələndə çölə çıxardıq. Nə qədər dedik, həkimə getmədi. Fərhad da ona təkilif etdi, amma Telman razı olmadı. Getdik çayxanada çay içdik. Fərhad da ora gəldi. Evə getdik. Telman üşüdüyünü dedi. Əynimdəki paltarı ona verdim”.

Hadisə bu il mart ayının 26-da Nəsimi rayonu, Bül-Bül prospektindəki, “Do Re Mi” klubunda baş verib. Klubda inzibatçı işləyən Bakı şəhər sakini Fuad Musayevlə müştərilərdən Telman Məmmədov arasında mübahisə yaranıb.

Mübahisə zamanı Fuad Telmana bir yumruq zərbəsi vurub. T.Məmmədovun başı yerə dəydiyindən halı pisləşib. Onun vəziyyətinin ağır olduğunu görən F.Musayev onu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan T.Məmmədov orda dünyasını dəyişib.

F.Musayev barəsində Cinayət Məcəlləsinin 126.3-cı (qəsdən sağlamlığa ağır zərər vurma, bu Məcəllənin 126.1-ci və 126.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur. Bildirək ki, hadisə baş verən gün müğənni Elvin Babazadənin klubda solo proqramı var imiş.

Növbəti məhkəmə iclası avqustun 25-nə təyin edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Hər gün zəng edib məni bezdirirdi”

    “Hər gün zəng edib məni bezdirirdi” ...

    28-03-2017, 20:58

  • 
  • Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi başladı

    Bakıda sevgilisini bıçaqlayan qadının məhkəməsi ...

    30-06-2017, 13:02

  • 
  • Pirallahıda bir qətlin təfərrüatları

    Pirallahıda bir qətlin təfərrüatları ...

    11-10-2016, 14:35

  • 
  • Azərbaycanlı müğənninin solo proqramında qətl törədildi

    Azərbaycanlı müğənninin solo proqramında qətl ...

    27-03-2017, 21:35

  • 
  • Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi

    Siyəzəndə qonşusunu bıçaqlayana 3 il cəza verildi ...

    2-02-2017, 23:05


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (392)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu