Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Nahid Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bıçaqlanma hadisəsi ötən ilin iyulunda Siyəzən şəhərində baş verib. Nahid Muradov qonşusu Arzu Orucovu aralarında yaranan münaqişə zəminində bıçaqlayıb.
Arzu Orucovu xilas etmək mümkün olub. Hadisənin baş verəməsinə səbəb kimi Arzu Orucovun Nahid Muradovu təhqir etməsi göstərilir.
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Nahid Muradov 3 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?