Tarixə damğa vuran "Duran Duran" qrupunun üzvlərindən Con Teylorun keçmiş arvadı, məşhur ingilis aktrisası Amanda də Kadene az öncə satışa çıxarılan kitabında illər əvvəl yaşadıqlarını bütün açıqlığıyla etiraf edib.
GündəmXəbər teleqraf.com-a istinadən bildirir ki,hazırda 45 yaşında olan Amanda 15 yaşında ikən məşhurlaşıb. O dövrün ən populyar musiqi qruplarından "Duran Duran"ın üzvü Con Teylor ilə evlənən Kadene 19 yaşındaykən ana olub.
Amanda kitabında bildirib ki, iki aylıq hamilə olarkən, ərinə xəyanət edib. O, həmin dövrün ən ünlü aktyorlarından olan Keanu Reeves ilə bir gecə keçirdiyini yazıb. Məşhur aktyor ilə bir proqramda tanış olduğunu yazan Amanda o an hiss etdiklərini "ilk baxışdan eşq" deyə xarakterizə edib: "Keanu Reeves gördüyüm an "neçə hamilə qadının əlaqəsi ola bilər" deyə düşündüm. Yeni tanış olduğum bir kişidən bu cür təsirlənmək məni çaşdırmışdı".
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?