gundemxeber.az xəbər verir ki, İstanbulda Zeytinburnu bölgəsində iş yerlərinin birində partlayış baş verib. Partlayış nəticəsində meydana gələn yanğın qorxulu anlar yaşadıb. 2-ci mərtəbədə köməksiz vəziyyətdə qalan 8 aylıq hamilə Ayşe Akıllı eyvandan özünü aşağıya atıb. Hadisə zamanı orada olan Oktay Uçar adlı dükan sahibi isə, qadını özünü atmaması üçün xəbərdar etdiklərini bildirib: " Özünü atmaması üçün xəbərdarlıq etdik. Zərər görməməsi üçün əlimizdən gələni etdik. Tullandıqdan sonra onu xəstəxanaya apardıq."
Xəstəxanadan verilən məlumata görə isə, hamilə qadının və körpənin vəziyyəti normaldır. Avrasiya xəstəxanasının cərrahı Coşkun Görmüş, hamilə qadının travma keçirdiyini, lakin vəziyyətin nəzarət altında olduğunu bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?