GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Faytonçu” Nazim onu xəstə salan həkimi polisə verdi: 62 min dollarımı qaytarsın

“Faytonçu” Nazim onu xəstə salan həkimi polisə verdi: 62 min dollarımı qaytarsın

Tarix: 24-08-2017, 11:57 Bölmə :Maqazin Baxış: 438
“Faytonçu” Nazim onu xəstə salan həkimi polisə verdi: 62 min dollarımı qaytarsın


Bir müddət öncə ölüm xəbəri yayılan müğənni “Faytonçu” Nazim Pişyari onu əməliyyatla pis hala salan Elman Əzimov barədə hüquq-mühafizə orqanlarına şikayət edib.

gundemxeber.az Lent.az-a istinadla xəbər verir ki, o, polisə müraciət edərək, ona dəyən maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə iddia qaldırıb.

“Bu cür həkimlərin qarşısını almaq lazımdır. Mən bu halla üzləşən birinci və sonuncu adam deyiləm. Bu insanı həkimlikdən azad etmək lazımdır. Bu insan öz peşəsi ilə məşğul deyil. Təsəvvür edin, xanəndə pop janrında oxuyur. Praktoloq bu gün cərrahlıq edir. Bu həkim 2 ay kurs keçib, gəlib cərrahlıq edir. Bu həkimlə bağlı polisə müraciət etdim. Mənə dəyən maddi ziyanı qaytarsın. Bütün qəbzlər əlimdədir. Düz 62 min dollar xərcim çıxıb. Bu qədər pulu həkim səhvinə görə xərcləmişəm. Bundan əlavə, mənə dəyən mənəvi ziyanı ödəsin. Nələr çəkdiyimi bir Allah bildi. Mən işimdən, səhnəmdən, qazancımdan qaldım. Bunu kim ödəyəcək?

Mənimlə bərabər doğmalarım - ailəm, anam, qohumlarım əzab çəkdi. Həkim isə etdiyi əməlləri boynuna almır. Deyir, “düz eləmişəm”. Digər ölkələrdə mənə baxan həkimlər isə bunu həkim səhvi kimi qiymətləndirir. Bir sözlə, bütün bunlara görə bir neçə gün öncə hüquq-mühafizə orqanlarına getdim, şikayət ərizəmi yazdım. Artıq bununla vəkilim məşğuldur. Azərbaycanda qanunlar işləyir. Səhv edən insanlar öz cəzasını almalıdır”.

Müğənni onu da əlavə edib ki, 3 ay ərzində 4 dəfə əməliyyat etdirdiyinə görə maddi sıxıntısı olub: “Mən nə kasıb, nə də varlı insanam. Normal durumda olan insanam. Xalqın mənə etimad göstərdiyi, toylara dəvət elədiyi pulla öz əməliyyatlarımı etdirdim. Müəyyən çatışmayan nəsə olanda isə ailəm və bacılarım mənə kömək oldu”.

N.Pişyari xəstəliyinin ilk mərhələsində başına gələnləri danışdı: “Heç bir zaman xəstəliyim olmayıb. Sadəcə, öd kisəmlə bağlı sancılar yaranırdı. Mən də qərara aldım ki, öd kisəmi kəsdirim. USM-də baxan kimi dedilər ki, bu öd kisəsi artıq fəaliyyətini itirib. Kəsib, götürmək lazımdı. Mən də Elman Əzimov adlı həkimin yanına gəldim. Naşı bir həkim əlinə düşdüm. O da məni necə əməliyyat etdisə, əməliyyat zamanı məni qanaxma götürdü. Fəsadlar yarandı, həkim mənim öd kisəmin yollarını tikdi. Təsəvvür edin ki, ödüm 12 barmaq bağırsağa axmalıdı, amma indi bayıra axır. Həkim səhvinin ucbatından bu hallara düşdüm. Sonradan da mənə dedi ki, sən onkoloji xəstəsən. Təcili mənim kimya terapiya olunacağımı söylədi”.

İfaçı bildirib ki, həkimin bu sözlərini eşidəndən sonra İsrailə yollanmalı olub: “İsrailə getdim, həkimlər baxdılar, güldülər. Dedilər ki, sizə kim deyib ki, siz onkoloji xəstəsiniz? Söylədilər ki, sizi belə əməliyyat etmək olardı? Deformasiyaya uğramış öd kisəsini laparoskopiya ilə əməliyyat etmək olmaz. Bu, həkim səhvidir.

Həkimin digər səhvi də onda olub ki, qanaxma olması barədə məni xəbərdar etməyib. Qanaxma başlayan zaman açıq əməliyyata keçməli idi. Amma keçməyib. Qan hər yanı bürüyüb, ürək də zəifləməyə başlayıb. Həkim də həmin an panikaya düşdüyü üçün qanı saxlamaq üçün hər şeyi tikməyə başlayıb. Öd axarlarımı da tikib. Bir sözlə, onun etdiklərindən sonra İsraildə bir əməliyyat keçirdim. Bakıda həkimin tikdiyini orda aça bilmədilər. Bakıya Surxay doktorun yanına gəldim. O da dedi ki, qardaş, sən Azərbaycanda özünə imdad axtarma. Ya Türkiyəyə, ya da Almaniyaya get. Mən də üz tutdum Türkiyəyə.

Orada 2 əməliyyat etdirəndən sonra Bakıya qayıtdım. Şükürlər olsun ki, indi yaxşıyam. Reabilitasiya dövrünü yaşayıram. O itirdiyim çəkiləri indi yığmağa çalışıram. Təsəvvür edin, 3 ay içində 4 əməliyyat keçirmişəm. 6 saat bir, 4 saat bir, 2 və 1 saat da bir narkozda olmuşam. Çəki itirməyim də buna görədir”.

“Faytonçu” Nazim bir neçə gün öncə mətbuatda ölüm xəbərinin yazılması barədə də danışıb: “Bu xəbər yayılanda mən yatmışdım. Dostlarım yuxudan oyatdılar ki, necəsən? Onlar da mənlə ehtiyatla davrandılar. Dedilər ki, saytlarda yazılanlardan xəbərin var? Söylədilər ki, ölüm xəbərin yayılıb. Bunu eşidən kimi xeyli güldüm. Bu da mənə həmin gün çox müsbət enerji verdi. Bir onu deyə bilərəm ki, ömrüm uzandı. Minlərlə insan mənim üçün təlaşa düşdü. Nə qədər insanlar mənə sosial şəbəkədə yazdılar. Buna görə də həmin insanlara təşəkkürümü bildirirəm ki, mənə diqqət ayırdılar”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Faytonçu" Nazim onu xəstə salan həkimi POLİSƏ VERDİ: "62 min dollarımı qaytarsın"...

    "Faytonçu" Nazim onu xəstə salan həkimi ...

    23-08-2017, 15:33

  • 
  • Faytonçu Nazimin həkimi: "Bunu ona əvvəlcədən demişdik"

    Faytonçu Nazimin həkimi: "Bunu ona ...

    20-08-2017, 16:38

  • 
  • Xəstəliyi tapılan azərbaycanlı müğənni bu hala qaldı — FOTO

    Xəstəliyi tapılan azərbaycanlı müğənni bu hala ...

    10-08-2017, 14:30

  • 
  • "Faytonçu" Nazimin ölüm xəbəri yalan çıxdı - YENİLƏNİB

    "Faytonçu" Nazimin ölüm xəbəri yalan ...

    19-08-2017, 11:56

  • 
  • Sumqayıtda yaşayan hüquqşünas Ədalət Qafarov Ermənistandan 20 milyon dollar təzminat tələb edəcək

    Sumqayıtda yaşayan hüquqşünas Ədalət Qafarov ...

    26-11-2015, 15:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu