Onu tanışına 17 bıçaq zərbəsi vurduğu üçün tutublar.
Daxili İşlər Nazirliyinin verdiyi məlumata əsasən, hadisə 5 gün əvvəl – avqustun 24-dən 25-ə keçən gecə baş verib. Aleksandr 45 yaşlı tanışı ilə yeyib-içdikdən sonra onunla mübahisə etməyə başlayıb. Mübahisə Yermakın dostuna 17 bıçaq zərbəsi endirməklə bitib. Kişi hadisə yerindəcə dünyasını dəyişib. Müğənni isə insident baş verdiyi yerdən qaçaraq gizlənib.
Hazırda faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, A.Yermak ilk dəfə böyük səhnəyə 2012-ci ildən çıxıb. Daha sonra o, bir çox şou verilişlərində iştirak edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?