GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » “Oğul axtarıram ki, gəlib ağzımı tiksin” - Elza

“Oğul axtarıram ki, gəlib ağzımı tiksin” - Elza

Tarix: 7-09-2017, 13:25 Bölmə :Maqazin Baxış: 438
“Oğul axtarıram ki, gəlib ağzımı tiksin” - Elza


gundemxeber.az Publika.az-a istinadən Kəramət Böyükçölün Elza Seyidcahanla müsahibəsini təqdim edir:

- Elza xanım, bir bənd şeir yazıb aləmi bir-birinə qatmısınız, özünüz də Novxanıda oteldə istirahət edirsiniz...

- Neyləmişəm ki? (gülür) “Nəsimi” filmində bir yer var, soruşur, günahım nədir, şahım? Aləmi bir-birinə qatmaq yox, əksinə, mən sülh yaratmaq istəmişəm. Həmişə odun üstünə su səpmişəm. Son zamanlar özün də bilirsən ki, məni bir çox layihələrə münsif kimi dəvət edirlər. Münsif kreslosunda oturmağım isə bəzi uğursuzları narahat edir...

- Sizin münsif olmağınız, məsələn, Baba Vəziroğlunu niyə narahat eləsin ki? Özünün ad-sanı, şöhrəti...

- Kəramət, yaradıcı insanlar çox həssas olur. Mən həm gözümlə görürəm, həm də hiss edirəm. Bəzi insanlar “Xalqın şairi” layihəsini şou adlandırdı. Guya Elza Seyidcahan ora dəvət olunubsa, deməli, müsabiqə şou hesab olunur. Xeyir, Elza Seyidcahan şou deyil. Sadəcə, onun əsərlərindən şou kimi istifadə edib pul qazanırlar. Elza Seyidcahanın sənəti o qədər böyükdür ki, orda hər bir insana pay var. Şoumenlərə də, sənət insanlarına da, jurnalistlərə də, fəlsəfəyə də!

Bəzilərinə hörmət eləyirəm, elə bilirlər onlardan əskiyəm. Bilmirəm, mən yaradıcılıqda kimdənsə əskikəm, yoxsa şəxsiyyətimdə? Mən xalqın hörmətini, dövlətimin ehriramını, diqqətini dırnaqlarımla qazanmışam. Haqqımda artıq-əskik danışan şairlərin yaradıcılığını isə çox gözəl tanıyıram. Hətta təhlil də edərəm. Sadəcə, hərə özünə hörmət eləsin. Hədlərini, yerlərini bilsinlər və ehtiyatlı olsunlar. Şouya qalanda, özləri ən böyük şoumendirlər. Onların harada və necə şou çıxardıqlarını çox yaxşı bilirəm. Bir-iki fakt desəm, kifayət edər. Mən öz şəxsi həyatımda şou göstərməmişəmsə, yaradıcılığımda heç vaxt göstərmərəm. Mən qadın kimi şou göstərməmişəmsə, sənətimdə niyə şou göstərməliyəm ki? Öz yazıları ilə gündəmə gələ bilmirlər, Elzanın şeiri ilə özlərini gündəmə gətirirlər. Ay yazıqlar! Abşeron küləkləri kimi hər gün bir tərəfə əsirsiniz! Amma Elzanın bir əqidəsi var. Vətənini sevir, dövlətini sevir, prezidentini sevir, partiyasını sevir!

Mən 5-6 il bundan qabaq Baba Vəziroğlunun yaradıcılıq gecəsində iştirak etdim. Yoldan keçən şoumenlərin, tumanı qısaların hamısını doldurmuşdu Müqəddəs Flarmoniyanın səhnəsinə. Baba Vəziroğlu həmən gün şou göstərdi. Amma indi özü mənə şou adamı deyir.

- “Xalqın şairi” layihəsi demək olar ki, sizin hesabınıza tutdu, bu qədər reklam oldu, söz-söhbəti kəsib-kirimək bilmir...

- Düzü, ARB kanalından zəng vurub məni bu layihəyə münsif kimi dəvət edəndə həmən razılıq vermədim. Qonarar istədim, sonra isə soruşdum ki, digər münsif kimlərdir? Yəni görüm səviyyəli adamlardımı?

- Qulu Ağsəsi tanıyırsınız?

- Qulu Ağsəsi indiyə kimi tanımırdım. Heç adını da eşitməmişdim. İlk dəfə “Xalqın şairi” layihəsində gördüm, tanıdım. Bildim ki, “Ulduz” jurnalının baş redaktorudur, hətta şeirlər də yazır. Qulu Ağsəsin müsabiqədə şeir haqqında fikirlərini çox bəyənirəm. Şeiri yaxşı təhlil edir. Fikirlərimiz də üst-üstə düşür. Hətta mənim fikirlərim Mirzə Ələkbər Sabirlə də üst-üstə düşür.

- Əsas məsələ... “Tikim” şeirinizdən danışaq.

- Bu, çox uzun bir şeirdir. Şeir konkret kiməsə yox, kimlərəsə ünvanlanıb. Çox danışanlara yazılıb. Balaca vaxtı nənəmiz də, müəllimlərimiz də deyirdi ki, çox danışırsınız, neyləyək, ağzınızı tikək?

- “Tikim sizin ağzınızı...” Bu misra insanlarda başqa cür assosasiya yaradıb. Söyüş kimi yozulur.

- Hər bir insan mənim şeirimi öz daxili dünyasına uyğun başa düşüb. Ona görə də şeiri məhz cahillərə həsr etmişəm. Adı da “Cahillərə”dir. İkincisi, kim mənim şeirimi pis mənaya yozursa mən onu məhkəməyə verə bilərəm. Necə yəni, mən tikim sözündə pozğun nəsə demək istəmişəm? Ev tikilir, paltar tikilir... Bəli, ağız da tikilir. Çox danışarsınız, ağzınızı tikərlər! Onda görərsiniz tikmək necə olur.

Axı sən nə ixtiyarla mənə deyirsən ki, Elza tərbiyəsiz söz yazıb. Tərbiyəsiz sənsən ki, şeirimi başqa mənaya yozursan. Bunun fəlsəfəsini də açmışam. Ağızı tikəndə qırxayaq kimi olur. Mən şeirimi yazmışam, arxasında da dururam. Bəs sənin içini niyə qurd yeyir? Niyə paxıllıq edirsən? Nədi-nədi bu ifadəni indiyə kimi sən tapmamısan, Elza tapıb? Uğursuz bəstəkarlar məni dahi bəstəkar etdilər, belə getsə uğursuz şairlər də məni dahi şair edəcəklər.

- Birdən kimsə sizin ağzınızı tikmək istəsə, ona nə deyərdiniz?

- Oğul axtarıram ki, gəlib mənim ağzımı tiksin. Özü də sözü, sənəti ilə tiksin. Mən hamının ağzını öz sənətimlə tikirəm. Bu, sağlam bir rəqabətdir. Bacarırlar, tiksinlər. Mən bacarıram, tikirəm... Fikirimi deyirəmsə, şeirimi yazıramsa, heç kim mənim ağzımı tikə bilməz! Amma mən konkret demişəm ki, tikim sizin ağzınızı.

- Kitab planlaşdırırsınız?

- Hə, kitabım demək olar ki, tamamilə hazırdır. Yaxınlarda çap olunacaq.

- Ön söz yazdıracaqsınız?

- Ön sözü özüm yazacam. Xoşum gəlmir kiməsə deyim ki, mənim kitabım haqqında fikirlərini yaz. Mənə ön söz yazmaq istəyən çoxdur, hətta özləri xahiş edirlər. Amma istəmirəm. Nəyə lazımdır? Mən bir ampluada olan insan deyiləm. Ona görə də mənə qarşı çox qısqanclıqlar var.

- Necə yəni bir ampluada olan insan deyiləm?

- Birincisi, şükürlər olsun ki, Allah məni zahirən də, daxilən də gözəl yaradıb. Amma insanlar var, nə qədər çalışsalar da, bu gözəlliyə nail ola bilmirlər. Yenə də şükürlər olsun ki, gözəl ailəm, bəstəkarlığım, qeyri-adi, heç kimə oxşamayan şairliyim var. Müğənniliyim, aktrisalığım, geyimim, obrazım... Hər şeyim gözəldir.

Bu gün kim bəstəkarlıq etmir ki? Kim şeir yazmır ki? Amma onların hansı mən qədər tanınır, qəbul olunur, sevilir, müzakirə olunur? Yox! Deməli, mənim yazılarım, əsərlərim qiymətlidir ki, bu qədər söz-söhbət yaradır, elə deyil? Bir bənd şeirimi paylaşmışam, üç gündür telefonum susmur, jurnalistlər zəng edir, müsahibə istəyir, efirə, verilişlərə çağırırlar. Heç birinə getmirəm. Çünki istirahət edirəm. O deyir, birinci müsahibəni bizə ver, bu deyir, bizə ver.

İnan, Kəramət, sənin xətrini çox istəyirəm deyə görüşdüm...

- Xətriniz əziz olsun... Mən də sizi çox istəyirəm.

- Bəzi uğursuz şairlər də paxıllıq edirlər, gözləri götürmür. Niyə? Çünki onların altı, yeddi, səkkiz kitabını evdə toz basıb, oxuyan yoxdur. Amma mənim bir bənd şeirim yenə deyirəm, həftələrlə müzakirə olunur. “Xalqın şairi” layihəsində bəzi münsiflər mənə görə saytlara gəldilər, adları bir-iki yerdə çəkildi. Onların da şəkilləri mətbuat üzü gördü. Savaba batdım. (gülür)

- Elza xanım, siqaret çəkirsiniz?

- Mən siqaret çəkmirəm, çəkdirirəm. Çox şairlər qəmdən, kəndərdən siqaretə içkiyə qurşanıblar ki, niyə Elzanı oxuyurlar, bizi oxumurlar?

- İçki də içmirsiniz?

- Heç bir zaman! Mən seyid nəvəsiyəm. Mənim ocağıma heç vaxt içki gəlməyib.

- Maraqlıdır, şeir yazarkən ilhamınızı kimdən, nədən, hardan alırsınız?

- İlhamı Allahdan, onun gözəl və müqəddəs kəlamlarından alıram. Sonra anamdan, onun mənə verdiyi tərbiyədən ilham almışam. Ailəmizdən, dayılarımdan, bacılarımdan, övladlarımdan, qonşularımdan, dostlarımdan... Əlbəttə, nə qədər həyat davam edir, bizə ilham verən, yazdıran səbəblər çox olacaq.

- Bir dəfə Nəsiminin şeirini öz imzanızla paylaşmışdınız. Məqsədiniz nə idi?

- Mən Nəsimidən öyrənirəm. Camaat məni çoz gözəl qəbul edir, sevir də. Amma paxıllığından partlayan bəzi uğursuzlar haqqımda anonim yazırlar, tənqid edirlər, bəyənmirlər. Mən də götürüb Nəsimin şeirin paylaşdım, bilərəkdən imzasını yazmadım. Öz-özümə dedim ki, Nəsimini tərifləyərlərsə, vəssalam, qırağa çəkiləcəm, daha yazmayacam. Yaza bilmirəmsə, insanların niyə əsəbiləri ilə oynayım? İnanın, heç kimə yazılmayan sözlər o gecə Nəsimiyə yazıldı, elə bilirlər mənim şeirimdir. Nəsimiyə ağızlarına gələni yazdılar. O gecə Nəsimidən üzr istədim ki, onun qəbirdə atasını, anasını söydürdüyümə görə məni bağışlasın.

Təsəvvür elə, Nəsimin şeirini oxuyub yazırlar ki, ay nəsimilər, ay bəxtiyarlar, hardasınız, Elza da şeir yazır. (gülür) Bundan sonra düşündüm ki, Nəsimini də söyürlərsə, deməli, mən mütləq yazmalıyam! Elə deyil?

- Əlbəttə, doğru deyirsiniz...

- Mənim işim insanları düşündürməkdir. Bu gün də olmasa sabah mənim şeirimi oxuyub mütləq düşünəcəklər. Qara Qarayevin gözəl bir sözü var. Deyirdi ki, heç zaman kütlənin səviyyəsinə enməyin. Dinləyicini öz səviyyənizə qaldırın. Bu gün də qalxmasa, sabah qalxacaq. Hər insan öz görə bildiyi qədər görür. Mən o insanları qınaya bilmərəm. Əsas odur ki, onları düşündürürəm və tərbiyə edirəm. Düşünürlər, axtarırlar, axırda tapırlar ki, Elza nə demək istəyir. Feysbukda əyləşib bütün günü ağzına gələni yazanlar cahillərdir. Amma cahil olsalar da, onlar mənim xalqımın oğullarıdır, qızlarıdır. Ona görə də onları öz sənətimlə tərbiyə etmək istəyirəm.

Nə olsun, mən də vaxtilə Şövkət Ələkbərovanı anlamırdım, başa düşmürdüm, amma indi çox gözəl dərk edirəm. Mən də vaxtı ilə bizim dahiyanə filmlərimizə ona görə baxırdım ki, görüm kim kimi vurdu, kim kimlə dalaşdı. İndi isə anlayaraq, dərk edərəm baxıram.

- Siz Bəstəkarlar İttifaqının üzvüsünüz, elə?

- Bəli, üzvüyəm. Fəxr edirəm ki, bizim Bəstəkarlar İttifaqı gözəl-gözəl layihələr həyata keçirir. 20 yanvar şəhidlərinin ruhuna ithaf etdiyim “Şəhidlər” balladası, 2 aprel hadisələrinə həsr etdiyim “Qələbə” uvertüram var. Bəstəkarlar İttifaqının xətti ilə istər Azərbaycanda, istərsə də başqa ölkələrdə bizim çox tədbirlərimiz olur. Bəstəkarlığım mənim şairliyimdən də aktivdir, amma yazmırlar. Yazsınlar da! Deməli, mənim musiqimi hələ dərk etmirlər, başa düşmürlər.

- Elza xanım, cavan bir şairimiz var. Şəhriyar del Gerani... Şeirləri xoşunuza gəlirmi?

- O bığlı oğlanı deyirsən?

- Bəli...

- Mən Şəhriyarın şeirlərini oxumamışam. Sadəcə, ANS-də bir verilişdə olmuşduq, orda görmüşdüm. Bığı Şəhriyara çox qəşəng yaraşırdı. (gülür) Sonra mənə çoxlu zənglər gəldi ki, o bığlı oğlan niyə hörmətsizlik edir? Adını bilmirdilər, “bığlı oğlan” deyirdilər. Şəhriyarın bığı özündən çox tanınır. Verilişdə özünə də dedim ki, bığını qırxma, səni tanıtdırdı.

- Deyəsən, sonra “Bığ” şeiri də yazdınız...

- Hə... Sadəcə, “Bığ” şeirini yazmaqda məqsədim o idi ki, gənclərimiz bilsinlər ki, bığ, saqqal saxlayanda ona layiq olmaq lazımdır. Bığ, saqqal ərdən, ərənliyimizdən, kişiliyimizdən xəbər verir. Kiminsə burnunun qabağında tük olmaya bilər. O demək deyil ki, onun bığı yoxdur. Sənin bığın bilirsən nədir? Əməllərin, danışığın, sözün, hərəkətlərin! Yoxsa ki, iki metr bığ saxlayacan, amma hərəkətlərin kişiyə aid olmayacaq...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • YAP: «Elza Seyidcahan şou ilə siyasəti qarışıq salıb»

    YAP: «Elza Seyidcahan şou ilə siyasəti qarışıq ...

    4-11-2015, 16:24

  • 
  • Elzadan onu tənqid edənlərə cavab: ‘Tikim sizin ağzınızı’ – FOTO

    Elzadan onu tənqid edənlərə cavab: ‘Tikim sizin ...

    31-08-2017, 18:00

  • 
  • "Dədəmizi yandırmasınlar?" - Elza Seyidcahanın benzinin bahalanmasına həsr etdiyi ŞEİR

    "Dədəmizi yandırmasınlar?" - Elza ...

    16-07-2017, 18:24

  • 
  • "Tikim sənin şeirini, qəzəlini" - Jurnalist Elza Seyidcahana şeirlə cavab verdi

    "Tikim sənin şeirini, qəzəlini" - ...

    3-09-2017, 09:25

  • 
  • Elza Seyidcahan: “Mən pozğunam” – YENİ ŞEİR

    Elza Seyidcahan: “Mən pozğunam” – YENİ ŞEİR ...

    17-05-2017, 20:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu