Gənclər və İdman Nazirliyi konsertinə hazırlaşmaq üçün Aygün Kazımovaya təmənnasız şəkildə Heydər Əliyev adına İdman-Konsert Kompleksində məşq etməyə şərait yaratdı. Bunun qarşılığında afişada belə yazılmışdı ki, konsert İdman və Gənclər Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Biz bunu qəbul edə bilməzdik. Çünki dövlət qurumuyuq. Heç bir konserti maliyyələşdirmirik. Ona görə də xahiş etdik ki, başlıq çıxarılsın.
Bu sözləri mediaya açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Samayə Məmmədova deyib. O, daha sonra bildirib: “Aygün Kazımova Azərbaycanın xalq artistidir, tanınmış sənətçidir. O bizim icazəmizlə sarayda işçiləri ilə birgə məşq etdi. Bunun qarşılığı olaraq Gənclər və İdman Nazirliyinin adını konsertin elan lövhələrində əks etdirmək düzgün deyil. Təbii ki, bunu yüksək qiymətləndiririk. Amma dəstək başqa məna ifadə edir. Özünə də deyildi ki, bu, bizim tərəfdən qəbul oluna bilməz. Artıq dünəndən konsertin təşkilatçıları imkan daxilində “Gənclər və İdman Nazirliyinin dəstəyi ilə” sözlərini afişalardan çıxarıblar. Bir daha deyirik ki, Aygün xanımın təşəbbüsünü yüksək qiymətləndiririk”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?