Məşhur müğənni və iş adamı Emin Ağalarov Nabranda baş verən hadisədə ayağını itirən iki yaşlı İmran Cəfərzadəyə dəstək olub.
Bu barədə Eminin “Facebook” səhifəsində yazılıb.
Məlumatda qeyd olunur ki, Emin Ağalarov İmranın müalicəsinə lazım olan bütün xərcləri öz üzərinə götürüb.
Xatırladaq ki, iyulun 21-də Bakı şəhər sakini, 2010-cu il təvəllüdlü İmran Cəfərzadə atası ilə birlikdə Xaçmaz rayonunun Seyidli kəndində fəaliyyət göstərən “Nabran Holiday Village” istirahət mərkəzində çimərkən hovuzun yaxınlığında quraşdırılmış “Akvapark” adlanan qurğu işlək vəziyyətə gətirilib. Bu zaman su borusunun hovuzun içərisindəki hissəsində təhlükəsizliyi təmin edəcək qoruyucu barmaqlıq olmadığından yaxınlıqda olan azyaşlı İ.Cəfərzadənin hər iki ayağı həmin borunun içərisinə daxil olaraq ağır bədən xəsarətləri alıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?