“Mənim də ixtiyarım çatır ki, hər hansısa mövzuya fikir bildirim. Çox maraqlıdır ki, orada 300 fikir bildirən varsa, 1 mənim sözlərim qalmaqala səbəb olur. Hər hansı bir insanın sözü müzakirə olunursa, demək ki, o, lazımlı biridir. Mən artıq öyrəşmişəm. Ağıllı ilə ağıllı kimi, gic ilə gic kimi danışıram. Bu həyatda hər cür insan görmüşəm”.
Bu sözləri müğənni nadir Qafarzadə ARB TV-nin “Günə davam” proqramında deyib.
Sənətçi İnstaqramda paylaşdığı və müzakirələrə səbəb olan çimərlik fotosundan danışıb:
“Çimərliyə palto, şərf ilə getməliydim? “İnstagram”ı açıb görürəm ki, ən abırlısı mənəm. Kişili arvadlı hamı soyunur. Əvvəl insanlar "artsitlərə" baxıb nəsə götürürdülər. İndi biz insanlardan nəsə götürürük. İnsanların hamısında "artistləşmə" gedir. Heç kim kitab oxumaq istəmir. İnsanların başına nə gəlirsə, savadsızlıqdan gəlir”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?