Müğənni Nadir Qafarzadə bu dəfə Azərbaycan sənətkarlarının bostanına daş atıb.
gundemxeber.az publika.az-a istinadən bildirir ki, o, "Instagram" sosial şəbəkəsində paylaşdığı statusda qalmaqala səbəb olacaq müqayisə aparıb:
"İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələrə də "yaxşı sənətkardır" deyirlər. Axı onlar da sənətlə məşğuldurlar".
Nadir Qafarzadə xalq artistlərinin ünvanına da atmaca atıb: "Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistlər kimlərdir, necə alıblar... Kimin day-dayı, arxası, tapşıranı var... 70 faizi belədir".
Xatırladaq ki, bu, Nadir Qafarzadənin ilk atmacası deyil. O, nəinki sosial şəbəkədə, elə efirdə də tez-tez xoşagəlməz ifadələr işlədib, həmkarlarını təhqir edib. Dəfələrlə qeydə alınan belə faktlar ya onun studiyanı tərk etməsi, ya da efirin kəsilməsi ilə nəticələnib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?