Müğənni Manaf Ağayev qonaq olduğu “Səhər-səhər” verilişində qalmaqallı açıqlama verib.
Sənətçi həmkarlarını tənqid edib. O bildirib ki, bir neçə gün əvvəl həmkarları ilə şou-biznesi müzakirə edib:
"Dostlarla dedik ki, kim on nəfər kişi müğənninin adını deyər? Şalvar geyinmək və mahnı oxumaq kişi olduğunu sübut etmir. Kişi olmaq başqadır: sözügeçən, gözəl ailə başçısı, yaxşı övladları, sözübütov. Biz 1-2 kişi müğənnisinin adını çəkə bilmədik. Kimin adını çəkdik, hamı güldü. Gülməlidir. Düzdür, hər sahədə var. Musiqiçilər arasında çox azdır kişi sənətçi.
İzzət Bağırovun başına iş gəlib, kim gedib ona baş çəkib? Heç kim. İzzət ağlıyır ki, bu boyda ulduz olmuşam, bir müğənni yığmadı məni. Biz buyuq. Söyülən də, tənqid olunan da İzzət idi. Deyir ki, qaçmasaydım, indi yasım olacaqdı".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?