Müğənni Manaf Ağayev dəyəri 2 milyon manat olan bağ evi tikdirir. Sənətçi bu haqda “Pərdə” verilişinə açıqlamasında deyib:
“Bu sirrimi heç yaxın qohumlarım da bilmir. Mən ev sevən insanam. Nəyim var, satıb mənzilə xərcləyərəm. Bəzi həmkarlarım var ki, ikiotaqlı mənzildə yaşayırlar, amma başqa biznes qururlar. Məsələn Samir Piriyev deyir ki, heç vaxt belə villa tikdirmərəm. Amma pulunu başqa işlərə sərf edir. İndi özümə gözəl bir bağ evi tikdirirəm. Villanın dəyəri 2 milyon manatdır”.
M. Ağayev boşanması ilə bağlı yayılan şayiələrə də son qoyub:
“Deyirlər ki, Manaf boşanıb. Yalan söhbətdir. Elə bir şey baş versə, gizlətmərəm, deyərəm. Sadəcə ailəmi efirə çıxartmağı sevmirəm”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?