Əməkdar artist Elza Seyidcahan ARB kanalında yayımlanan "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Açıqlamada "Xalqın şairi" verilişinin münsifliyindən getməsi ilə bağlı yayılan xəbərlərin doğru olmadığını deyib:
“Elza Seyidcahan əlinə qələm alandan, “Xalq şairi” verilişinində münsif olandan bəri bəzi insanların kütləşmiş beyinləri açılıb. Çox sevinirəm ki, “Xalq şairi” layihəsi insanlar tərəfindən maraqla qarşılanır. İlk növbədə onu qeyd edim ki, verilişdə iştirakım, söhbətlərim, fikirlərim, hətta verilişdən getməyimlə bağlı xəbərlər layihənin daha da baxımlı olduğunu göstərir. Maşallah olsun ki, veriliş böyük reytinq toplaya bilib. İkinci isə “Xalq şairi”dən getməyimlə bağlı yayılan xəbərlər yalandır. 6 həftə olan seçimlər müddətində digər münsiflər də bəzi vaxtlarda çəkilişlərdə iştirak edə bilmirdilər. Orada bir gün olmamağım o demək deyil ki, verilişdən uzaqlaşdırılmışam. Belə hallar və pusquda dayanan çaqqal-çuqqallar həmişə olacaq. Lakin bizim layihəmiz şou veriliş deyil və reklama da ehtiyacımız yoxdur”. Əməkdar artist onun şairliyinə şübhə ilə yanaşanlara da cavab verib: “Elə dahi şairlər var ki, onlar da yaradıcılığı boyu kəskin tənqidlərlə üzləşib. Elza Seyidcahan onların yanında nədir ki? Qoy, məşhur şairlərimizə atılan daşların çınqıllarını da mənə atsınlar. Odur ki, narahatçılığa qətiyyən ehtiyac yoxdur. Yenə də deyirəm ki, verilişdə hərdən olmaya bilərəm. Bu da mənim səhhətimlə bağlıdır, bir balaca soyuqlamışam”. E.Seyidcahan “Xalq şairi” layihəsindən heç bir qonorar almadığını da etitaf edib: “Dəvət alanda qonorar istədim, lakin layihənin təşkilatçıları bildirdi ki, maliyyə vəziyyəti o qədər də yaxşı deyil. Mənə dedilər ki, sizə qonorar verə bilərək, lakin maddi baxımdan ehtiyacımız olacaq. Həm də maddi vəsait qalib olan şairlərə yönəldiləcək. Odur ki, öz qonorarımdan imtina etdim. İstədim ki, həmin pul istedadlı şairlərin kitabına xərclənsin. Layihədə münsif olmaqla iştirakçılara bir növ xeyriyyəçilik etmiş oldum, bütün əziyyətimi də onlara halal edirəm. Bu, mənim münsif olduğum birinci layihə deyil, illərdir ki, müsabiqələrdə münsif kürsüsündə əyləşmişəm. Qalib olan tələbələrim Azərbaycanı xaricdə təmsil ediblər. Bundan sonra da böyük layihələrdə münsif olmağa davam edəcəyəm. Odur ki, çaqqal-çuqqallar pusquda dursunlar”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?