“Bu gün fars ədəbiyyatşünaslığının təsiri altında olan bəzi alimlər tərəfindən Nizami Gəncəvinin yaradıcılığının fars irsinə aid edilməsi cəhdləri geniş yayılıb. Bu, kökündən səhvdir. Məsələ ilə əlaqədar bu yaxınlarda geniş araşdırma hazırlayacağam”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Gövhər Baxşəliyeva deyib. İnstitut direktorunun sözlərinə görə, araşdırma ümumşərq kontekstində hazırlanacaq: “Bu araşdırma nəticəsində Nizami Gəncəvinin farsdilli Azərbaycan şairi olması birmənalı şəkildə tam sübut olunacaq”.
G. Baxşəliyeva qeyd edib ki, Nizami Gəncəvi ilə bağlı məqsədyönlü tədqiqatlar hazırlanmalıdır: “Rusiya şərqşünaslığı birmənalı şəkildə Nizami Gəncəvini farsdilli Azərbaycan şairi adlandırır. Şərqdə farsca yazmaq bir ənənə idi. Fars dilli həm də poetik dilə daha yaxın idi. Həmin dövrdə fars dili Azərbaycanda geniş yayılmışdı. Hətta 17-ci əsrdə Nəsimidən, Füzulidən sonra Azərbaycan şairləri farsca yazıblar. Məsələn, farslar Cəlaləddin Rumini fars irsinə aid edirlər. Halbuki türklər də onu türk şairi hesab edirlər. Başqa millətə məxsus olub, farsca yazan şairlər çox olub”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?