Aparıcılığını Turan İbrahimovun etdiyi “ATV səhər” verilişi bu gün efirə getməyib.
Yeni mövsümdən hər gün səhər saat 09:00-da yayımlanan proqramın əvəzinə İlqar Mikayıloğlunun “İlqarla 1 gün”, ardından isə “Qız atası” serialı nümayiş edilib.
Sosial şəbəkədə T.İbrahimovun efirdəki qalmaqallı açıqlamalara görə verilişinin yayımının yenidən dayandırılması haqda müzakirələr aparılıb.
T.İbrahimovla əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verməyib.
Qeyd edək ki, “ATV səhər”in mayda da yayımının dayandırılması haqda xəbər yayılmışdı. Bu zaman müxtəlif səbəblər irəli sürülmüşdü. Hətta T.İbrahimovun millət vəkili, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadəni tənqid etməsi əsas gətirilirdi. Bu arada sosial şəbəkələrdə aparıcının ATV-dən uzaqlaşması və sentyabrdan fəaliyyətini başqa kanalda davam etdirəcəyi müzakirə edilirdi.
Turan açıqlamasında bildirmişdi ki, kanaldan ayrılmayıb, hazırda ATV-nin İctimai-Siyasi Məsələlər və İctimaiyyətlə Əlaqələr departamentinin və ATV "Səhər” proqramının rəhbəridir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?