"Bütün özəl telekanallarda (qismən İTV istisna olmaqla) "Səhər" musiqili-informasiya proqramlarının aparıcılarının nitqi bəsitdir, zəngin söz ehtiyatına, natiqlik məharətinə malik deyillər. İki-üç saatlıq canlı efirdə tamaşaçı ilə ünsiyyət yaratmaq məsuliyyətli bir işdir. Bu proses aparıcılardan efirdən kənar vaxtlarda mütaliə etməyi də tələb edir. Əfsuslar olsun ki, bir çox hallarda efirə dəvət edilən qonaqların adı və titulu belə, üzündən oxunularaq tamaşaçıya təqdim edilir. Bu təqdimatı əvvəlcədən oxuyub yadda saxlamaq çətin iş deyil".
Modern.az-ın xəbərinə görə, bu fikirlər Milli Teleradio Şurası (MTRŞ) bu gün keçirdiyi müzakirələrdə səsləndirlib. Toplantıda şuranın cari ilin sentyabr-oktyabr ayları üçün apardığı monitorinqlərin nəticələri haqqında hazırlanan hesabat dinlənilib.
Hesabatda özəl telekanallarda yol verilən qüsurlar da yer alıb. Qeyd edilib ki, ANS-də efirə gedən "Günəbaxan" verilişinin aparıcısı İlqar Mikayıloğlunun nitqi xalis Bakı dialektindədir.
”"ATV-xəbər"in aparıcıları Ceyhun Səfər və Günel Bəhramqızının nitqi çox sürətlidir. "ATV səhər"in aparıcısı Turan İbrahimovun nitqi aydın və zəngin deyil, sözləri dolaşıq tələffüz edir. ATV-də "İdman xəbərləri"nin aparıcısı Sənan Şəfizadənin nitqi aydın deyil. Sürətli danışdığı üçün hecaları çox qısa tələffüz edir, bəzi hecaları isə tələffüz etmir. "ATV olay"ın aparıcısı Mətanət Əliverdiyeva efirdə çox gərgin danışır. İTV-də Saleh Bağırovun nitqində cümlədə söz sırası pozulur. “Space” TV-də "Hər səhər" musiqili proqramı, sanki azyaşlı uşaqların yığıncağıdır. Bu verilişdə hamı aparıcı ilə eyni anda danışır. Aparıcı Əlifin nitqi çox bəsitdir. Efirdə bəzən Salyan şivəsinə məxsus xüsusiyyətlərlə danışır. “Lider” TV-də isə "Zəif bənd" verilişinin aparıcısının nitqi sürətlidir”-deyə MTRŞ-nin hesabatında vurulanıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?