Müğənni Damla ayrıldığı sevgilisinin hədiyyə etdiyi “Porsche” markalı avtomobili onun əlindən alması barədə yayılan xəbərlərə aydınlıq gətirib
Açıqlama verən ifaçı yayılan xəbərlər həqiqəti əks etdirmir:
“ “Bozbaş pictures”in çəkilişi üçün o maşını icarəyə götürmüşdük. Reklam xarakterli idi. Sonra da maşını qaytardıq. Mənim avtomobilim “Toyota”dır. İstəyən gəlib çəksin. Özlərindən yalan xəbər yaymasınlar. Ayın 30 günü toydayam. Mən özümə maşın alacaq gücdəyəm. Niyə sevgilimin maşınını sürüm? Mənim nə evli sevgilim, nə də “Porsche”m var”.
Qeyd edək ki, müğənninin avtomobilinin əlindən alınması haqda xəbəri azxeber.com saytı yaymışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?