"Özümü cazibədar saymıram, gözəl də deyiləm. Həm qadınlar, həm də kişilər mənimlə birlikdə olmaq istəyir. Mən onsuz da cinsiyyəti olmayan biriyəm".
gundemxeber.az SİVİL.AZ-a istinadən xəbər verir ki, bu sözləri türk müğənnisi Ebru Polat deyib. Bir vaxtlar azərbaycanlı nazir oğlunun sevgilisi olduğu deyilən sənətçi şəxsi həyatı ilə bağlı etiraflar edib:
* Gənc qızlara örnək olan biriyəm. Magistr təhsili alıram. Hər kəsə təhsilin önəmini anladıram. Qadın heç bir kişinin əlinə baxmamalıdır. Sayəmdə bir çox qız məktəbə qayıtdı. Mən heç kimə görə işimi atmaram. Kişilərə güvənmərəm.
* Cinayət vəkiliyəm. Bir il ixtisasım üzrə çalışmışam. Amma şou ciddiyət qəbul etmir. Ciddi olsan, "Get vəkil ol" deyərlər.
* Həyat bir oyundur. Uşaqlıqda vəkil olmaq istəyirdim, oldum. Psixoloq olmat istədim, oldum. Müğənni olmağı da istədim, oldum. Niyə tək bir işlə kifayətlənməliyəm? Gələcəkdə qocalar evi açmaq istəyirəm.
* Atam uşaqlıqdan işlərimə qarışmır. Anam isə hər şeyə nəzarət edir. Universitetdə istədiyim fakültəyə qəbul oluna bilməyəndə qorxudan yalandan intihara cəhd etmişdim.
* Bir neçə gün öncə bir restoranda qarson şampan gətirdi. Bir nəfər göndərmişdi. "İçki içmirəm" dedim. Şampan göndərdiyi üçün yaxınlaşacaq düşündüm. Amma qalxıb getdi. Hesabı da ödəyib. Bir-iki gün gözlədim, "Instagram"da da yazmadı. Sonra həmin restorana getdim. 5-6 gündü görüşürük. Hər gün gül göndərir. Artıq evim botanika bağına dönüb. "Göndərmə artıq, nəfəs ala bilmirəm" dedim.
* Lezbiyan izləyici kütləm var. Aralarında biseksuallar da var. Mənə çılpaq fotolarını göndərirlər. "Səninlə birlikdə olmaq üçün hər şeyi edərəm" deyirlər. Üzməmək üçün gülüş işarəsi göndərirəm. Heteroseksualam, amma bəzən çox gözəl qadınlar yazır. Heyran oluram. Böyük danışmaram. Bir qadına aşiq ola bilərəm. İki qadın bir-birini sevə bilər".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?