Müğənni Əkbər gec ailə qurmasının çox ölçüb-biçməsindən irəli gəldiyini bildirib
Şou-biznes “Mən hələ böyüməmişəm, uşağam. Baxmayaraq 35 yaşım var, özümü 19 yaşlı oğlan kimi hiss edirəm”. Bu sözləri ANS PRESS-ə açıqlamasında müğənni Əkbər deyib.
Gənc ifaçı hələ də subay qalmağının səbəblərini belə açıqladı: “Gec ailə qurmağım, yəqin ki, çox ölçüb-biçməyimdən irəli gəlir. Bəzən görürsən şou-biznesdə həmkarlarım tələsik ailə qurur, toydan heç 3 ay keçmir eşidirsən ki, artıq boşanıblar. Ümumiyyətlə şou-biznesdə son vaxtlar saxta evliliklər çoxdur"
Müğənni eləcədə şou-biznes əhlindən olan bir xanımla heç vaxt ailə qurmayacağını qeyd edib. Buna səbəb olaraq isə oranın "mətbəx"inə yaxşı bələd olmasıdır. Amma artıq evlilik barədə düşünməyin zamanı çatıb:
"İnşallah yaxın vaxtlarda məni də bəylik kürsüsündə də görərsiniz. Sevdiyim xanım var və o mənim bu həyatda yeganə sevdiyim xanımdi”- deyə müğənni xoş xəbər verib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?