Misirin məşhur teleaparıcısı Doaa Slaah canlı efirdə işlətdiyi sözlərə görə həbs edilib.
“Al Manar” kanalının aparıcısı verilişində tamaşaçılara ailə qurmazdan əvvəl cinsi əlaqəyə girib-girməmələri ilə bağlı sual ünvanlayıb. Bu isə Misir hökumətinin diqqətindən yayınmayıb və Slaah məhkəməyə verilib.
Haqqında 3 il həbs qərarı çıxarılan aparıcı “Söylədiklərinin Misir mənəviyyatına zidd olması” ittihamı ilə günahlandırılıb. Bundan başqa, Doaa 10 min Misir poundu dəyərində cərimələnib. Slaah daha əvvəl də kanal tərəfindən cəzalandırılmış və 3 ay boyunca efirə çıxmasına qadağa qoyulmuşdu.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?