Xalq artisti Aygün Kazımova bu il beynəlxalq mükafatlandırma mərasimi olan "Daf Bama Music Awards"da iştirak edə bilməyəcək.
gundemxeber.az-in Axşam.az-a istinadla məlumatına görə, buna səbəb müğənninin keçirdiyi plastik əməliyyatdır.
Həkim A.Kazımovaya bir sıra qadağalar qoyub və ona uzaq səfərə çıxmağa icazə verməyib.
Müğənni 2 həftə əvvəl müxtəlif bədən şəkilləndirilməsi və üz əməliyyatı keçirib. Amma bundan sonra 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etmək lazımdır.
A.Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat icra olunub. Bunlardan ikisi tam yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir.
Qeyd edək ki, ötən il xalq artisti ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçirilən "Daf Bama Music Awards"da iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?