Acun Ilıcalı ilə bir müddət əvvəl evlənən Şeyma Subaşının başına iş gəlib. Türkiyə KİV-nə istinadən xəbər veririk ki, Subaşını sosial mediada təhqir edən, montaj olunmuş videolarını yayan 3 xanım polis tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı 15 nəfərin kimliyi də məlum olub və axtarışa verilib. İstanbul Prokurorluğu açdığı cinayət işindən sonra Mersində əməliyyat keçirib. Əməliyyat zamanı Yeşim. N və İlknur. R adlı xanımlar polis tərəfinən nəzarətə götürülüb. Yeşim. N dəlilləri məhv etmək üçün notbukunu sındırmağa çalışsa da, buna nail ola bilməyib. Bundan sonra, digər bir xanım da həbs edilib.
Həmçinin, Canan . K adlı şəxsin bir müddət əvvəl xaricə qaçdığı məlum olub. O, Interpol vasitəsiylə axtarışa verilib.
Sorğu
Yeni dizaynımız necədir?