"Kurtlar Vadisi"nin qəhrəmanı vətəndaşlığını itirə bilər Reytinq rekordçusu “Kurtlar Vadisi Pusu” serialında Polad Alemdar obrazını canlandıran aktyor Necati Şaşmaz vətəndaşlığını itirə bilər. Aktyor Şimali Kipr Türk Cümhuriyyətinin yeni hökumətinin ilk toplantısında mədəniyyət attaşesi vəzifəsini itirdikdən sonra ikinci zərbə ilə qarşılaşıb. Belə ki, indi o Kipr vətəndaşı statusunu da itirməklə qarşı qarşıyadır. Buna səbəb isə onun vətəndaşı olduğu ölkədə verdiyi yanlış ünvan olub. Belə ki, yüksək seçki qurumu Şaşmazın verdiyi qeydiyyat ünvanına gediblər. Lakin adıçəkilən ünvanın keçmiş turizm və ətraf mühit naziri Ünal Üstəlin ofisi olduğu bəlli olub.
Bundan sonra ilk iş olaraq N.Şaşmazın iyulun 28-də keçiirləcək səsvermədə iştirak hüququ əlindən alınıb.
Xatırladaq ki, aktyorun Şimali Kipr Türk Respublikasında (KKTC) tikdirdiyi otelin inşası da dayandırılıb. Buna səbəb otel üçün təsis edilən yerin qoruq ərazisi olmasıdır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?