Kurtlar Vadisi Pusunun son bölümlərində rol aparan müfəttiş Kanın Türkiyəyə gələn David Kohen olduğu iddia olunur
Dünya Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" teleserialı rüşvət əməliyyatına incə göndərmə edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kurtlar Vadisi Pusunun son bölümlərində rol alan amerikalı müfəttiş Kan obrazının bir neçə gün əvvəl Türkiyəyə gələn David Kohenin prototipi olduğu iddia olunur.
Qeyd edək ki, Türkiyə İraqla bağlanılan son neft razılaşmasında Halkbank xüsusi rol oynayıb. Halkbanka rüşvət qalmaqalı çərçivəsində edilən əməliyyatdan dərhal sonra ABŞ Maliyyə Nazirliyi Terror və Maliyyə Kəşviyyatı məsul müşaviri David Kohen Türkiyəyə gəlib.
Teleserialda müfəttiş Kan obrazının iqtisadiyyatla əlaqədar hücumları diqqət çəkib. Necati Şaşmazın xəbər portalı yazete.com isə bu məsələ ilə bağlı "Vadi yenə bildi" başlığı ilə dərc elədiyi xəbərdə müfəttiş Kanın əvvəlki gün Türkiyəyə gələn ABŞ-lı Kohen olduğunu yazıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?