Əməkdar artist Nüşabə Ələsgərli son günlər xeyli çəki atması ilə gündəmə gəlib.
Müğənni "Lider maqazinə" açıqlamasında pəhrizini bölüşüb:
"Yeməklə bağlı heç bir şeyi rasionumdan çıxarmamışam. Maye ilə yeməyi qarışdırmıram. Əgər su istəyirəmsə, yeməkdən yarım saat əvvəl içirəm. Ürəyim istəyəni yeyirəm. Yeməkdən sonra 2 saat ərzində maye qəbul etmirəm. Qazlı sulardan uzağam. Bir də səhərlər acqarnına qaynar suya iki xörək qaşığı doşab töküb ilıq halda içirəm".
N.Ələsgərli gözətrafında əməliyyat etdirmək istədiyini deyib:
"Mənim hər zaman gözümün ətrafında problem olub. Bir neçə dəfə əməliyyat etdirmişəm. İndi yenə lazımdır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?