Dünən gecədən Vüsal Rzasoy adlı gənc "Müasir Azərbaycan gənci" proqramındakı "Ayə, harya gedirsən, ayə?" ifası ilə sosial medianın gündəminə çevrilib.
gundemxeber.az bildirir ki, bu ifa efirə getməsə də, səs-sədası geniş olub. Məsələ ilə bağlı mahnının ifaçısı Vüsal Rzasoy publika.az-a danışıb. O, ifasına belə açıqlama gətirib: "Bu mahnının belə ləhcədə səslənməsi ona görədir ki, əslində, şəhərdə yaşayan və özlərini daha mədəni sayan insanlar düşünürlər ki, uzaq-ucqar bölgələrdə yaşayanlar arasındakı söhbətlər gülməlidir. Onlar şəhərdəkilər qədər mədəni deyillər. Bu mahnıyla demək istəmişəm ki, onlar yanlış düşünürlər. Mahnıda şəhərlilərin yuxarıdan aşağı baxdığı ərazilərdə iki dost söhbət edir və biri o birindən soruşur ki, hara gedirsən? Onlar, əslində, dərin bir söhbət edirlər. Bu isə özlərini daha "cool" sayan insanlar arasında başa düşülmür.
Niyyətim insanların ləhcəsinə lağ edənləri qınamaq olub. Erman Hessenin "Siddhartha" deyə bir əsəri var. Orada Siddhartha çöllərdə yaşayır və özünü axtarmaqla məşğul olur. Bu, çox böyük bir fəlsəfədir. Mahnıdakı ləhcə ilə söhbət edən dostlardan birində də bu baş verir. O, fəlsəfə ilə məşğul olan gənc başqaları tərəfindən lağ hədəfinə çevrilir. Onu başa düşmür və ona gülürlər".
Qeyd edək ki, Vüsal Rzasoy 2 yanvar 1986-cı ildə Naxçıvanın Şərur rayonunda dünyaya gəlib. 2008-ci ildən 2010-cu ilədək "Tengri" rok qrupunun vokal ifaçısı olan Vüsal bəy, ardından Litvaya köçür və burada şəxsi rok qrupunu yaradır. Hal-hazırda vətənə dönüb və litvalı meneceri ilə yeni layihələrə hazırlaşır.
Vüsal Rzasoyun qatıldığı verilişin tam versiyasını təqdim edirik:
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?