Nigar Camal Xəzər televiziyasında qatıldığı "Hər şey daxil" verilişində çətin anlar yaşayıb.
Müğənni canlı efirdə mahnı oxuyarkən anidən sırğası yerə düşüb. Çox qısa geyinməsinə baxmayaraq Nigar özünü itirmədən ustalıqla yerdəki sırğasını götürə bilib.
Sənətçi həmin görüntünü şəxsi "Instagram" hesabında da paylaşıb və bunları yazıb:
"Efirdə mütləq nəsə olmalıdır. Saçımın rəngini axır ki, dəyişdirdim. Başımı bağlamağı sevmirəm, amma İstanbulda Altın Kelebekde İnşallah görəcəksiniz".
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?