GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Anar Nağılbazın anasından keçmiş gəlininə ismarış: "Məndə də faktlar var"

Anar Nağılbazın anasından keçmiş gəlininə ismarış: "Məndə də faktlar var"

Tarix: 1-12-2017, 21:46 Bölmə :Maqazin Baxış: 565
Anar Nağılbazın anasından keçmiş gəlininə ismarış: "Məndə də faktlar var"


Son günlər repçi Anar Nağılbazın adı ətrafında xoşagəlməz olaylar baş verməkdədir. Hətta sənətçinin intim videosu da yerli mətbuata ayaq açıb. Ardınca isə repçinin keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva mətbuata ittiham dolu müsahibə verib. Nağılbazın öz övladları ilə maraqlanmdığını deyib. Bu gün səhər isə repçinin səhhətində problem yaranması ilə bağlı xəbər yayılıb.

gundemxeber.az xəbər verir ki, məsələ ilə bağlı cebhe.info-ya repçinin anası Şərqiyyə Cəbiyeva danışıb. O, oğlunun adı ətrafında yaranan söz-söhbətlərə hüquq yolla cavab verəcəklərini deyib.

-Şərqiyyə xanım, doğrudur ki, oğlunuz Anarın səhhətində problem yaranıb?

-Bəli qızım, Anar depressiyaya düşüb, halı çox pisdir. Xəstəxanaya aparmaq istəyirik. Özü razılaşmır, evdə müalicə alır. Qonşuluqda tibb bacısı var, çağırdıq gəldi, Anara sakitləşdirici iynələr vurdu. Ola bilər ki, bir neçə günə xəstəxanaya yerləşdirdik. Haqqında gəzən şayiələrə, söz-söhbətlərə görə halı pisləşib. Az qalsın, evdə hamımız depressiyadayıq.

-Ümumiyyətlə, Anarın səhhətində indiyə qədər hər hansı bir problem olmuşdu?

-Qızım, hamının səhhətində problem olur. Elə adam yoxdur ki, səhhəti ilə əlaqədar problem yaşamasın. Elə mən özüm də yaşlı adamam, xəstəyəm. Ayaqlarım, ürəyim xəstədir. Bu hadisə də səhhətimi daha da pisləşdirib. Bu qədər şayiə olmaz axı?! Ay sənə qurban olum, kimin başına belə iş gəlsə, xəstəxanalıq olacaq da. Anarın ürəyində ağrılar yaranıb, özünü yaxşı hiss etmir. Təzyiqi yüksəlir, pis olur.

-Oğlunuz haqqında şayiənin kim tərəfindən yayıldığını bilirsiniz, yaxud təxmininiz varmı?

-Anar mənim oğlumdur. Hansı ana istəyər ki, oğlunun adı belə xoşagəlməz söhbətlərdə hallansın. Biz nəvələrimizi çox istəyirik. Görməmisiniz, qız (Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyevanı nəzərdə tutur-red) müsahibəsində deyib ki, uşaqlara baxmırıq, maddi baxımdan köməklik göstərmirik. Guya mart ayından uşaqları görmürük. Halbuki, uşaqlar iyul ayını bizdə qalıblar. Avqustun ortasında gediblər. Noyabrda tətil günlərində də bizdə qalıblar. Üstəlik də, nəvəm 2 gün də məktəbə getməyib. Uşaqların əyin-başlarına da həmişə biz baxmışıq. Ay sənə qurban olum, uşaqlar yanımızda böyüyüb. Nəvələrimi nə qədər çox istəyirəm. Məktəb ləvazimatları hamısı bizim öhdəmizdədir. Düzdür, Anar işləmir. O, çox iş axtardı, amma olmadı. Ancaq sağ olsun, dostları, yoldaşları. Bir də görürsən səhnəyə oxumağa çağırırlar. Əlinə nə pul gəlsə, öz balalarına xərcləyər. Bilirsiniz, Anar niyə ağladı? Öz balalarından ayrılacağı üçün göz yaşı tökdü.

-Anjelika Cəbiyevanın Anar Nağılbaza qarşı söylədiyi iddialar əsaslıdır?

-Həqiqəti heç kim bilmir. Ortalıqda ev söhbəti gedir... O, deyir ki, ev problemi olub. Amma onların ayrılmağının əsl səbəbi başqadır. Evdən əlavə bunların başqa dərdləri vardı.

-Nə problemindən söhbət gedir?

-Bu haqda danışmaq istəmirəm. Nəyə görə ayrılıblar, açıqlamaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, məndə də faktlar var. Bəli, bizdə də çox faktlar var. 84 yaşım var, indi bu yaşımda çıxıb televiziyaya, onların həyatını danışmayacağam ki?! Ayıbdır, lazım gələr, məhkəmədə hər şey açıqlanar. Yəni deməyim odur ki, belə şayiələr atırsa, bizdə çoxlu faktlar var. Ayıbdır, yalandan şayiə yayıb, insanı bu günə qoymaq olmaz. Anarın yerinə bir başqası olsa bundan da pis günə qalar. 20 ildir ki, rep sənəti ilə məşğuldur. Onu bu formada yerə vurmaq olmaz. Anar ağıllı-savadlı oğlan olub. Hələ 4 yaşından hərfləri özü öyrənib, yazıb. Heç kim ona yazıb-oxumağı öyrətməyib. Şeirlər kitabı çıxıb. Oğlum haqqında deyilənlərin heç birinə layiq deyil. Bu şayiəni çıxaran adama ayıb olsun. Bəs o, fikirləşmir ki, uşaqları böyüyür? Onlara mənəvi zərbə vurur, adlarına xələl gətirir. Heyf, mənim nəvələrimə... Gecə-gündüz nəvələrim üçün ağlayıram. Allah heç bir nənəni-babanı nəvələrindən ayırmasın, qızım (Ağlayır). Böyük dərddir, belə şayiə yaymaq düzgün deyil. O uşaqlar bizim yanımızda doğulub, böyüyüb, necə ola bilər ki, onları istəməyək?

-Qeyd etdiniz ki, Anar Nağılbaz hazırda işsizdir. Yanılmıramsa, 2013-cü ildə o, Qaraçuxurda yerləşən mədəniyyət evində müdir müavini vəzifəsinə təyin olunmuşdu. Bəs o iş necə oldu?

-Hə, doğrudan da, mədəniyyət evində işləyib. Yaşlı adamam, unutmuşam. Orada işləyən vaxtlarında hətta yoldaşını da arada özü ilə işləməyə aparırdı.

-Belə bir şayiə dolaşır ki, Anar Nağıbaz ölkədən getmək istəyib. Məhz Avropa ölkələrindən birindən sığınacaq istədiyinə görə onu indi "vururlar"...

-Anarın harasa getmək fikri olmayıb. Hətta indi də heç yana getməyib, hazırda evdədir. Mənə də gətirib, bəzən o xəbərləri göstərirlər ki, guya Anar bu söz-söhbətlərdən sonra ölkədən çıxıb gedib. Mənim də ürəyim xəstədir, yüksək təzyiqim var, yaşlı adamam. Oxuyuram, halım pisləşir. Anar heç yerə getməyib, evindədir. Arada olur ki, səhhəti ilə bağlı müalicə olunmaga getmək istəyib. Amma ölkəni birdəfəlik tərk etmək haqqında düşünməyib.

-Yayılan videoya və keçmiş gəlninizin ittihamlarına görə hüquq-mühafizə orqanlara müraciət edəcəksiniz?

-Sözün düzü, biz də bu məsələnin üstünə düşmüşük. Haqq-ədalət bərqərar olmalıdır. Kim düzgün danışmayıb, şər atıb, cəzasını almalıdır. Yanlışlıq oğlumdadırsa, cəzasını almalıdır. O qız düzügün hərəkət eməyib, çıxıb yalandan şayiələr yayıbsa, cəzasını çəkməlidir.

-Bəs uşaqlar bu məsələyə necə reaksiya göstərirlər?

-Onlar hələ balacadır. Qızın 5 yaşı var, oğlan isə üçüncü sinifə gedir. Böyüyüb başa düşərlər. Nəvələrim bizi çox istəyir, ayrıla bilmirlər. Uşaqlar hələ körpədir, başa düşmürlər. Onlar böyüyəndən sonra anlayacaqlar ki, ata ilə ana hansı səbəbə görə ayrılıb. Anar pisdirsə, niyə Anjelika onun soyadını daşıyır?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya yerləşdirildi

    Anar Nağılbazın halı pisləşdi - Xəstəxanaya ...

    1-12-2017, 11:47

  • 
  • “Onun yox, atasının çörəyini yemişəm…” - Anarın eks-xanımı

    “Onun yox, atasının çörəyini yemişəm…” - Anarın ...

    29-11-2017, 17:16

  • 
  • Anar Nağılbazın keçmiş nazirlə elə görüntüsü yayıldı ki - FOTO

    Anar Nağılbazın keçmiş nazirlə elə görüntüsü ...

    31-05-2017, 23:03

  • 
  • Röyanın keçmiş əri: "Bu qız mənim dostumdur" - FOTO

    Röyanın keçmiş əri: "Bu qız mənim ...

    30-01-2015, 01:09

  • 
  • Eldar Mahmudovun həyat yoldaşının səhhətində problem yaranıb

    Eldar Mahmudovun həyat yoldaşının səhhətində ...

    17-11-2015, 13:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu