Xəbər verdiyimiz kimi, ötən gün Bakıda “Kardeşim benim 2” filminin qala gecəsi keçirilib.
Tədbirdə ekran işində rol alan aktyorlar Burak Özçivit, Leyla Feray və Pınar Deniz də yer alıblar.
Filmlə bağlı təşkilatçılar xəbər yayarkən Burakın paytaxtımıza aktrisa xanımı Fahriye Evcenlə birlikdə gələcəyini bildirmişdilər. Hətta bununla bağlı sosial şəbəkədə elan da verilmişdi. “Park Cinema Flame Towers”də keçirilən qala gecədə Fahriye yer almayıb.
Filmin nümayiş olunduğu zalları gəzən Buraka bununla bağlı suallar ünvanlanıb. Aktyorun xanımı ilə Bakıya gəlməsi elanından heç xəbəri olmadığı ortaya çıxıb.
Burak “Fahriye xanım niyə gəlmədi” sualına “Filmdə rol alan qızlar bunlardır. Onlarla gəldik” cavabını verib.
Təşkilatçıların 400 manata satışa çıxarılan biletlərin elanında belə bir yalana yer vermələrinin səbəbi sual altında qalıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?