Moskvanın mərkəzində qətlə yetirilən Boris Nemtsov haqqında çəkilən “Nemtsov” filmi Rusiyanın Novosibirski şəhərində qapalı şəkildə nümayiş etdirilib.
Təşkilatçıların təhlükəsizliyi baxımdan filmin nümayişi ilə bağlı yer və tarix gizli saxlanıb, yalnız qapalı sosial qrupda məlumat verilib.
Filmin rejissoru Vladimir Kara-Murza nümayişdən qabaq auiditoriyaya bildirib ki, o, film üzərində işləyərkən “insanlığın qorxaqlığının yeni dərəcəsini kəşf edib”. O deyib ki, filmdə çəkmək istədiyi bəzi insanlar hakimiyyətin düşməni olan mərhum haqda xoş söz deməkdən çəkiniblər.
Filmdə müxtəlif siyasi baxışlı adamlar Boris Nemtsov barədə öz xatirələrini bölüşüblər.
“Nemstov” filminin premyerası ötən il noyabrın 30-da Nijnem Novqorodda keçirilib. Həmin gün Nemtsovun bu vilayətin qubernatoru olmasının 25 illiyi tamam olub.
Novosibirsk bu filmin nümayiş etdirildiyi 11-ci şəhərdi.
Rusiyanın müxalif siyasətçisi Boris Nemtsov 2015-ci il fevralın 27-si gecə saatlarında Moskvanın mərkəzi küçələrindən birində odlu silahdan açılan atəşlə qətlə yetirilib.
Sorğu
Yeni dizaynımız necədir?