GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maqazin » Azərbaycan şou-biznesinin nümayəndələri niyə Biləcəridən o yana keçə bilmirlər?

Azərbaycan şou-biznesinin nümayəndələri niyə Biləcəridən o yana keçə bilmirlər?

Tarix: 26-06-2013, 01:24 Bölmə :Maqazin Baxış: 899
Azərbaycan şou-biznesinin nümayəndələri niyə Biləcəridən o yana keçə bilmirlər?

Azərbaycan müğənniləri daha çox Türkiyə və Rusiyada məşhurlaşmağa, tanınmağa can atırlar. Onlar bu istəklərini gerçəkləşdirə bilirlərmi? Müğənnilərimiz Avropada niyə tanınmırlar? Bununla bağlı Lent.az bir neçə sənətçi arasında sorğu keçirib. Həmin sorğunu təqdim edirik.



Yalçın Rzazadə: “Bir müğənnin digər ölkədə tanınması üçün ilk növbədə istedad, sonra pul lazımdır. Amma maddi tərəf məncə ikinci dərəcəlidir. Dünyanın 52 ölkəsində olmuşam. Azərbaycan musiqisini təbliğ etmişəm. Puluma görə yox, səsim olduğu üçün o ölkələrə getmişəm. Amma xaricdə tanınmaq istəyim olmayıb. ”.


Mübariz Tağıyev: “İlk növbədə Azərbaycan şou-biznesini qaydaya salmaq, sonra başqa ölkədə tanınmaq barədə fikirləşmək lazımdır. Çünki hazırda şou-biznes toya xidmət edir. İfaçılarımız ölkədən kənarda tanına bilmirlər. İstedadlı gənclərin ölkədən kənarda tanınması üçün ona kömək edən adamlar olmalıdır. Yalnız “Eurovision” yarışmasında iştirak edən müğənniləri tanıyırlar. Amma müsabiqə xaricində yalnız 1-2 sənətçimiz var ki, onlar da Türkiyədə tanınmaq istəyirlər. Amma onları da Türkiyədə müəyyən dairələrdə tanıyırlar. Misal üçün, Aygün, Röya, Brilliant... Amma sənətçilərimizin bütün Türkiyədə tanınması çətin məsələdir. Təkcə İstanbulda 26 milyon əhali var. Orda hər tindən bir müğənni çıxır ”.


Səidə Dadaşova: “Bizdə birlik yoxdur. Bakıya türk müğənnisi gələn kimi fanatları onu səs-küylə qarşılayırlar. Öz sənətçilərimizin konsertinə 100 manat vermirlər. Amma xarici müğənninin konsertinə 300-400 manat verib qaça – qaça gedirlər. İnsan gərək özünü dəyərləndirsin ki, ona da dəyər versinlər. Bundan sonra xaricdə tanınmaq olar”.


Prodüser Tolik (Tarix Əliyev): “Bizim müğənnilər xaricində tanınırlar. İlhamə Qasımovanı, Röyanı, Aygün Kazımovanı, Brilliantı bir də “Eurovision” təmsilçilərimizi tanıyanlar var. Siz elə bilirsiniz ki, dünya ölkələrinin hamısında Tarkanı, İbrahim Tatlısəsi tanıyırlar? Əlbəttə yox. Türkiyədə musiqi albomları satılan mağazada Röyanın diskini istədim. Dedilər var, tanıyırıq. Məgər bizim müğənniləri bütün dünya tanımalıdır?


Bilal Əliyev: “Məni bir çox ölkələrdə tanıyırlar. Tanımasalar, dəvət etməzlər. Demək olar ki, dünyanın hər bir ölkəsində olmuşam. 75 dəfə Almaniyada... Hər dəfə ora gedəndə konsert vermişəm. Bundan əlavə, Fransada, Belçikada, Avstriyada, İspaniyada və digər ölkələrdə konsertlərim olub. Həmin ölkələrin qəzetlərində barəmdə yazılar çıxıb. Rəşid Behbudovu, Aygün Kazımova və Röyanı da xaricdə tanıyırlar. Amma nə qədər tanıyırlar onu deyə bilmərəm. Mən xaricdə olanda onlar barədə məndən soruşublar. Bir ifaçının Avropada tanınması üçün gözəl səsi olmalıdır. Görünüşün də böyük əhəmiyyəti var”.


Bəstəkar Nailə Mirmmədli: “Azərbaycanda şou-biznes düzgün qurulmayıb. İfaçının savadlı olmalıdır ki, at oynada bilsin. Avropada tanınmaq üçün bir sistem olmalıdır. Əvvəllər Rəşid Behbudov, Müslim Maqomayev, Zeynəb Xanlarovanı tanıyırdılar. İndi isə tanınan yoxdur. Röya da təzəlikcə Türkiyə şou-biznesinə qatılıb. O, orada tanınacaq. Çünki Röya oxuyanda hər bir sözü dinləyiciyə çatdıra bilir. Beş dəqiqəlik mahnıda tamaşaçını öz tərəfinə çəkə bilir. Aygün də, Brilliant da istəsə tanına bilərlər”.

Elnarə Abdullayeva: “Müğənnilərin Avropada tanınması üçün küllü miqdarda pulu olmalıdır, bir də fərqli səsi. Bizdə fərqli səsi olan sənətçilərimiz yoxdur. Varsa, göstərin. Mən elə bir ifaçı tanımıram. Xaricdə tanınmaq istəyən estrada müğənnilərimiz boş-boşuna əziyyət çəkirlər. Burdakıların başını aldadırlar. Mən də gedim, bu dəqiqə Türkiyədə və ya digər ölkədə ev alım, sonra deyim ki, Azərbaycanı tərk eləmişəm. Nə olsun? Adama deməzlər ki, bu millətə nə “fason” verirsən? Millət sənə bundan artıq nə verməlidir ki? Fəxri ad da almısan. Sevin ki, səni toylara dəvət edirlər. Toylar sayəsində də pulunu qazanıb, bu millətin çörəyini yeyirsən.”

Rəşad İlyasov: “Avropada tanınmaq üçün yaxşı prodüser, vaxt, istedad və milyonlarla pul gərəkdir. Ölkədən kənarda yalnız “Eurovision” təmsilçilərimizi müəyyən qədər tanıyırlar. Bir də köhnə müğənnilərimizi. İndikilərdən tanınanı yoxdur.

Müğənni Nüşabə Ələsgərli: “Mənim fikrimcə, müğənnilərimizin Avropada tanınmaları üçün ilk növbədə çoxlu pul lazımdır. Azərbaycan deyil ki, 15-20 minlə nəsə layihə edəsən. Türkiyədə tanınmaq üçün 1-2 klip çəkdirib, mahnı oxumaq yetərli deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan müğənniləri Avropada biabır oldular

    Azərbaycan müğənniləri Avropada biabır oldular ...

    21-03-2015, 14:42

  • 
  • Şou-biznes əhli dodaq-dodağa - FOTOLAR

    Şou-biznes əhli dodaq-dodağa - FOTOLAR ...

    22-12-2013, 23:44

  • 
  • Natavan Həbibi: "Bizdən pul ala bilmirlər"

    Natavan Həbibi: "Bizdən pul ala ...

    14-10-2015, 15:12

  • 
  • Şou-biznes əhlinin banka olan borcları – Sorğu

    Şou-biznes əhlinin banka olan borcları – Sorğu ...

    21-07-2013, 21:38

  • 
  • Şou-biznes əhlinin teni fotoları

    Şou-biznes əhlinin teni fotoları ...

    22-08-2014, 01:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu