Müğənni Natavan Həbibi şou-biznesin hazırki vəziyyətindən şikayətlənib.
gundemxeber.az-ın məlumatına görə, axşam.az-a açıqlama verən sənətçi istedadlı ifaçıların geri çəkildiklərini bildirib:
"Şou-biznesimiz çox pis gündədir. Lazım olanlar - mən, Lalə Məmmədova, Samira Allahverdi, Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Almaz Ələsgərli, İlqar Xəyal, İlqar Muradov, Nadir Qafarzadə - estradamızı təmsil edən savadlılar kənarda oturub, baxırıq. Nələr baş verir? Savadsızlıqdır. Ara mahnısı normal hal alıb. Elə bil belə də olmalı imiş. Bu böyük faciədir. Belə müğənnilərin ucbatından tamaşaçıların zövqü korlanır. Mən indi efirdə caz oxusam, heç kim məni başa düşməz. Efirə çıxanlar reklama işləyirlər. Necə tamaşaçıya başa salaq ki, bayağı mahnılar oxuyanlar pul verib efirə çıxırlar. Bizdən isə pul ala bilmirlər deyə bu hala qalmışıq".
N.Həbibi yay istirahətindən də bəhs edib:
"Mən özümdən heç nəyi əsirgəmirəm. İstəyəndə istirahətə də gedirəm. Vaxtlı-vaxtında mahnımı oxuyuram, klipimi çəkdirirəm. Efirə tez-tez gedib, tamaşaçını bezdirmək istəmirəm. Bizdə dəhşətdir, televizoru açırsan ki, bütün verilişlərdə eyni müğənnilərdir. Düzdür, tamaşaçı bizi görmək istəyir. Amma fasilə lazımdır. Daim Bakıda da qala bilmərəm. Bu məni sıxır. Rutin həyat başlamamış, ölkədən çıxıram. Bir az gəzib qayıdıram".
Müğənni baxım sirlərindən də danışıb:
"Sosial şəbəkədə çoxlu şərhlər yazırlar ki, guya üzümü dartdırmışam, plastik əməliyyat etdirmişəm. Amma üzümə heç bir plastik müdaxilə olunmayıb. Əməliyyatdan, narkozdan qorxuram. Evdə anamın hazırladığı maskaları edirəm. Lazım gələndə botoks da, əməliyyat da etdirəcəm. Mən də cavan qalmaq istəyirəm".
Sorğu
Yeni dizaynımız necədir?